Subscribe:

Blogu Facebookda bəyən!

15 дек. 2011 г.

Mənə görə Sosial Məsuliyyət

Son zamanlar cəmiyyətdə o qədər bayağı cümlələr eşidirik ki.Və "sosial məsuliyyət" deyəndə bir anlıq dumanlandı beynim.Təxminən 1-2 dəqiqə sonra "sosial məsuliyyətin" nə demək olduğunu özüm üçün bir tərif formasında qurdum.Nədir mənim üçün "Sosial məsuliyyət" ?
 -Sosial məsuliyyət mənim cəmiyyət qarşısında borcumdur.Bu cəmiyyətin bir fərdi kimi mən,sən, o və qeyrisi boynumuza düşən "sosial məsuliyyəti" dərk etməliyik."Sosial məsuliyyət" insanlığa qayğının formasıdır.Ümumiyyətlə "məsuliyyət" sözünün olduğu hər bir layihə cəmiyyət üçün bir siqnaldır.İrəliyə addımlamaq üçün yaşıl işıqdır.Cəmiyyətin hər bir üzvünün eqoistliyi bir kənara qoyub "sosial məsuliyyətə" daha geniş aspektdə baxmağını istərdim.
 Mən "sosial məsuliyyətimi" bildim,bəs Sən ? =)

 Yazı ,Sosial Məsuliyyət və Mən 2 layihəsi çərçivəsində yazılmışdır

13 дек. 2011 г.

Etiraf edirəm ki...=))


Dumanlı fikirlər var gülüb qağayı boylanan.Yağışdan sonra çıxan günəşin torpağı qızdıran şüası kimi.Qəhqəhəli gülüşün əks-sədası.Balaca uşağın ilk qar sevinci.Baramasından çıxan Kəpənəyin ilk uçuşu.
"Var" ilə "Yox" arasında bir şey.İnsan böyüdükcə kiçilir.Kiçildikcə böyüklüyün fərqinə varır.Yaşlı bir ahılın gözlərindəki dərinlik kiçik bir körpənin məsum baxışları.Uzaqlaşdıqca yaxınlaşan doğmalaşan...
 Bu həftə bloqlarda etiraf həftəsidir.Ra Sim O pası mənə ötürdü.Növbə mənimdir.Məndə pası ötürürəm Parviz Azimova.Mən isə başladım etiraflara.Getdik...=)))
 1) Etiraf edim ki düşünmək istəmirəm.Mən kiməm? nəçiyəm? Hardan gəlmişəm? Niyə gəlmişəm? Kim gətirib ? Niyə gətirib ? Nə məqsədlə gəlmişəm? Nə işlə məşğulam və s.))))
 2)Etiraf edim ki riskləri dəhşət xoşlayıram."Olmaz" deyiləni edən biriyəm =))
3)Etiraf edim ki qırmaq istəyirəm zəncirləri.Qırıb qaçmaq istəyirəm.Azadlığıma sevincdən ağlamaq istəyirəm
4)Etiraf edim ki məndən nifrət edən insanları sevirəm.Vallah sevirəm =)).Çünki ən qüvvətli sevgilərin nifrətdən yaradığına inanıram.P.S-Mənə nifrət edin Cənablar ! =)
5)Etiraf edim ki özümə güvənim yüksəkdir və Feminist biriyəm =))
6) Etiraf edim ki Dalğaçı olduğuma görə özümü xoşbəxt hiss edirəm.Heç fəxri ad versələr belə sevinməzdim =))
7) Etiraf edim ki zəif insanların əzilməsi xoşuma gəlir.
8)Etiraf edim ki uşaq vaxtı dəhşət mız-mız olmuşam.Nazlı Xanım =)
9)Etiraf edim ki Fanatik dindarlardan qəti xoşum gəlmir.
10)Etiraf edim ki balaca olanda Mustafa Sandalı sevirdim.Hətta "onun arabası var" mahnısını eşidəndə tok vurmuş kimi olurdum =)))
  Məncə bu qədər etiraf bəsdir.=)))




5 дек. 2011 г.

OrdaN-BurdaN OLanLardaN

 Özümü qəribə hiss edəndə bilirəm ki nəsə olacaq.Hissiyyat hardasa öz sözünü deyir.Çalışıram maksimum dərəcədə heç kimə yaxşılıq etməyim.Bəli bəli düz oxudun məhz Yaxşılıq...Çünki kimləsə aramda soyuq küləklər əsəndə hansısa yaxşılığıma minnət qoymayım.Və kimsə mənə yaxşılıq edəndə də buna maksimum dərəcədə soyuq yanaşıram.Qorxduğum başıma gəlir amma.İnsan özü nəyə isə sahib olanda daha şirin olur.Söz-söhbətdən qaçan insanları ağıllı hesab edirəm.ZƏİF-sözünün altında gizlənən gücü görməyənlər duymayanlar və hələ də bixəbər olanlar var.Nəyəsə xatir kiməsə  xatir susan üzüyola insanlar...
 Biz yaradılışdan elə bir varlığıq ki hörməti-dostluğu-səmimiyyəti 1 dəfəyə vururuq yerə.Adam hərdən heyvan  olmaq istəyir.Zarafatsız.Nə bilim hərdən ağac böcək çiçək falan olmaq hissi də keçir könüldən =) Heç olmasa "Minnət-hörmət-əziyyət-məsuliyyət-dava-dalaş-mübahisə-hadisə" kimi ifadələrdən uzaq.
  Ən yaxşısı ağac olmaqdır.Oksigen çatışmazlığını nəzərə alıb Bakıya biraz təmiz hava.Ya da Hacıbəla kəsər mebel olarsan evi bəzəyərsən ya Odun olarsan evi qızdırarsan.Əşşi lap ağac olarsan kəsərlər
 Dəftər vərəq düzəldərlər üstünə də uşaqlar şüarlar yazar aksiyaya çıxar.BOOM BOOM !!! Partlayışşş YEAH!!! Lap ssenari yazdım=))).Nə olur olsun hamınızı Sevirəm!

30 нояб. 2011 г.

Kölgə ilə pıçıltı

Deyəsən bu gecə qış çox tez gəlib
Qoy bu soyuq külək dəyməsin sənə
 Bağla pencərəni qovla küləyi
 Qalın gey nigaran qoyma gözləri
Yanında deyilsəm qınama məni
Qızdırar sözlərim soyuq qəlbini

Deyəsən bu gecə qış çox tez gəlib
   Tökülür üzünə qar dənələri
  Qıyılır gülərkən kiçik gözləri
  Yandır o sobanı qızdır otağı
Deyərsən :"sənə nə düşünmə məni"  
  Bağışla nə edim alışıb dilim
Nə deyim silinmir sənli günlərim

Deyəsən bu gecə qış çox tez gəlib
    Xatirələr səni pıçıldar mənə
  Qapadım gözləri unudum deyə
  Canlandı xəyalın güldü kölgəmə







 
 
  

27 нояб. 2011 г.

Klaviş arxasında "Qəhrəman" xalqım =)

 Son zamanlar sosial şəbəkələrdə çox vaxt keçirirəm.Və görürəm ki həmyerlilərim yaman qəhrəmanlıq edir.Deyəsən hind filmlərinə çox baxırlar.Özlərini baş rol aktyoru hiss edirlər. Bircə bunu hələ də qanmıram ki sosial şəbəkədə ermənini öz dilində söyməklə alacaqlar Qarabağı?! "Ala rus fars erməni bunlar türkün düşməni" deməklə asacaqsınız Təbrizdən bayrağı?!
 Düşüncələr nə zaman  bu qədər cılızlaşdı? Və ya 2-ci sualım : Nə zaman klaviş arxasında qəhrəman olmaq eşqinə düşdük?...
 Diqqətimdən yayınmayan daha bir məsələ isə gündə Facebookda vətənşüvən page-lərin açılmasıdır."Ermənisən? ölməlisən!" "harda gördün erməni vur başına vedrəni" "ermənilərə nifrət edən 100.00.000 insan axtarılır" və.s bu adlarda şüvənliklə məşğul olan səhifələr...=)
  Üzümü tuturam acından günorta durub gündə "qlazok" yeyən (hərçənd yumurtada bahalaşıb amma nəysə) əl-üzünü yumadan klaviş arxasına oturub erməniləri söyüb fərəhlənən Xalqımın qəhrəmanlarına! Ən yaxşısı gedin bir iş tapın pul qazanın.Ay sizə qurban heç olmasa bir ingilis dili kursuna gedin söyüşləriniz international olsun xaricilərdə başa düşsün =)))) Zarafat edirəm ciddiyə almayın lan ))))Siz o "lazımın" canı belə axmaq işlərlə məşğul olmayın.O ki qaldı Qarabağa "lazım gələndə" hamınıza bir-bir zəng vurarıq gəlib söyərsiz ermənilər.OK?=))

24 нояб. 2011 г.

Cizgili-"Cizgisiz" Filmlər


 Uşaqlığımı çox tez-tez xatırlayıram .Ən çox xatirimdə qalan isə sözsüz ki cizgi filmləridir.Mənim uşaq vaxtı xəyal dünyam var idi.Orada müxtəlif cizgi qəhramanlarım olardı.Özümü şəhzadə təsəvvür edərdim.Xoş arzulardan yaxşıların qalibiyyətində  gözəl günlərdən bəhs edən cizgi filmlərim...Bu idi mənim uşaqlığım.
  Amma indi.İndi nə var?Televizora baxıb nə görür uşaqlar?İndiki uşaqlara baxdıqca həqiqətən canım yanır.Zombilər robotlar dava bdşş-dşş...Bir sözlə uşaq psixologiyasına təsir edən "cizgisiz" filmlər.İndiki uşaqların xəyal dünyası var mı görəsən?!...
  Gəlin gələcəyimiz olan uşaqlarda şiddət doğuran "cizgisiz" filmlərə YoX deyək.Telekanalizasiyanın kiçik körpələrin beynini yumasına imkan verməyək.!!!








23 нояб. 2011 г.

Sən-Gözəl..

 Saçları üzünə tökülən gözəl
Yenə baxışların uzaqlardadır
 Bilməm fikirlərin haralardadır
 Uçuşur xəyalın boz küçələrdə
 Xəzəl yarpaqları tökülür yenə
 Pozur səssizliyi kiçik sərçələr
 Bəlkə dərdini  bir onlar anlar...

 Gözləri boşluğa zillənən gözəl
 Nədir gözlərini yasa qərq edən ?
 O gilas gözlərin niyə bu gecə
 Andırır dumanlı buludu mənə

Büzüb dodaqlarını tez küsən gözəl
Qəm yemə qayıdar qonaq qaranquş
Gülən gözlərinin seyrinə həsrət
Sərçələr qısqanar sevgisin sənə
Ürkəkcə boylanar sənin kölgənə...


22 нояб. 2011 г.

Ay işığı...

  Aya baxanda gördüm gözlərini...Sanki  izləyirsən uzaqdan.Hər gecə baxıram aya səni görmək üçün.Gözlərinə bir daha baxmaq üçün.Tanımıram səni.Yalnızca hiss edirəm varlığını qəlbimin dərinliklərində...
  Və bilirəm.Bilirəm ki səndə məni düşünürsən.Mənim səni düşündüyüm qədər...Aya hər gecə baxırsan.Gözlərimi xəyal edib dodaqaltı gülürsən.Ay işığı qamaşdırır gözlərini.
  Bir gün Ay işığında görüşəcək gözlərimiz.Gecənin səssizliyində Bakının boz küçələrində kəsişəcək yollarımız.Ay işığı işıq saçacaq yolumuza...

19 нояб. 2011 г.

Mənim üçün Azadlıq...

    İnanıram ki insan həyata bir neçə dəfə gəlir.Bəlkə də birdə həyata gəlsəm,şikəst bir dilənçi tanınmış,bir xadim ya da əxlaqsız bir ispan qadını,əsilzadə bir fransız xanımı,məcburi çadrada hüquqları tapdanılan bir ərəb,boyfriend-i ilə valideynləri qarşısına keçən bir ingilis...

 Bəlkə də bir də həyata gəlməyəcəm.Şübhəsiz.Elə bu şübhə toxumuna görə Xanım kimi gəldiyim həyatı istədiyim kimi yaşamaq istəyirəm.

 Əslində insan əlində olanların qiymətini itirəndən sonra anlayır.Bəs əziyyətlə qazanılanlar necə ?! Yəqin ki çalışaraq əziyyətlə qazanılan hər şey dəyərlidir əvəzolunmazdır.

Mənim üçün əvəzolunmaz Azadlıqdır.Mənim Azadlığım.Əslində Azad sözü 4 hərfdən ibarət olsa da anlayışı və ifadə dairəsi çox genişdir.Sözlərlə izah olunmayacaq dərəcədə geniş...

  Yaşadığım müddət ərzində azadlığa dair beynimdə bir tərif formalaşıb.Azadlıq torpağa qorxmadan ayağını basmaqdır.Azadlıq havanı qoxlamaqdır.Azadlıq Mənəm Azadlıq Sənsən Azadlıq Bizlərik! Daha Azad Bir Cəmiyyət diləyi ilə =)) Hələlik...


   
 
 

13 нояб. 2011 г.

Ölü xərci =)))


  Vallah indiki zəmanədə adamın heç ölməyə də üzü gəlmir qadası.Yaşlılar nəsə söz düşəndə deyir qırağda 3-5 qəpik qoymaq lazımdır öləndə dalınca danışmasınlar.Deyirlər pul hər şeyi həll etmir.Bunu kim deyibsə ÇOX BÖYÜK QƏLƏT ELƏYİB.İndiki zəmanədə pulun varsa sən varsan.Pulun yoxdusa quru salamı da verən çətin tapıla.Həə  mövzudan kənarlaşdım  nəysə =))
    Uşaq doğulanda tibb bacısı gələcək atanın qabağına qaçıb deyir ki "muştuluqumu ver ata olmusan" elə PUL HƏR ŞEYİ HƏLL EDİR"in kökü burdan başlayır.Xəstəxanadan çıxana qədər toyda şabaş paylamaq məsəli pullar gedir eeeee.Və daha sonralar  bu prosses  surətli bir şəkildə davam edir ....
    Elə vallah doğulamaqla ölmək arasında elə bir fərq yoxdur.Doğulanda da pul öləndə də pul.Bir sözlə PUL PUL PUL.Öləndə molla pulu ,palatka pulu , canım sizə desin 3, 7 ,40 daha sonra il, ildən sonra baş daşı."Ə sənə bu lazım idi öldün getdin saldın xərcə?!"
  Bax belə...Ölən qalır bir yana camaat şotkanı qoyub qabağına pul hesabı eliyir ki yası yola versin.Kim məni qınayır qınasın amma indiki mollalar yaman atanşik olub.Bir duanı 5 dəfə oxuyur pulu qətdiyib qoyur cibinə.

 Hə qadası valla yaşamaq çətindir deyirik.Amma işdir ölmək istəsən əvvəlcədən pulunu hazırla qoy bir qırağa.Qohum-əqrəbanı artıq xərcə salma =)))))
 

 

6 нояб. 2011 г.

Tozlanmış rəflərdə qalan məktublar...



    İstəyərdim keçmişdə yaşayım.Nə telefon olsun nə internet nə televizor ne radio.Bir sözlə texnikadan uzaq olum.Olmasın istilik verən kondisionerlər.Oturum yanan kaminin yanında üstümdə ədyal düşünüm.Bayramlarda yazmayım kiməsə sms.Qapı-qapı düşüm gedim bütün qohumlarımı təbrik edim.Heç nə asan olmasın.Sevənlər adi bir sms-lə sevgisin etiraf etməsin.Qəlblərdə yaşansın sevgilər.Gizlincə baxışsınlar.Dodaqaltı gülümsəmələr.Olmayaydıq bu dərəcədə savadsız.Keçmişdə yaşayaydıq kitab düşməzdi əlimizdən.Söhbətlərimiz dedi-qodu qeybət olmazdı.Danışardıq kitablardan oxuyardıq bir-birimizə şeirlər qəzəllər....

 2 sözü demək 1 göz qırpımı qədər olmayaydı asan.Günlər aylar yetməsəydi izahına.Nazik  uclu qələmimi batıraydım mürəkkəbə yazaydım məktublar.Göyərçin olaydı elçim sənə.Uzaq olaydın çox uzaq.Aylarla məktubuma cavab gözləyəydim.Gecələr şam işığı ay sirdaşım.

  Beləcə keçəydi günlər.Çətin olaydı nəyə isə nail olmaq.Bəlkə onda biləydik hər şeyin qədrini.Kəpənəyin ovcumuzdan uçmasına tamaşa etməzdik....
 

 
    
  

Pıçıltım....

 

       Müqəddəs saydığım hislər var.Hansı hislər ki hər adama açıb deyə bilmərəm.Bəzən insanlara nifrət edirəm.Axı mən Balaca olanda bilmirdim ki böyüyənə kimi ucuzlaşacaq  hislər.
    
      Yadımdadır anamın atamın nənəmin  boynuna sarılıb sevirəm qışqırdığım.Bilməzdim ki bu yaşıma çatacam və  bu sözün heç bir mənası olmayacaq.
 
    Kaş elə balaca qalaydıq.Hislərin müqəddəsliyinə  inandığımız vaxtlar.Amma kaş uşaq ikən səni də tanıyaydım.İndi deyə bilmədiklərimi qulağına pıçıldayardım.....

4 нояб. 2011 г.

Xatirələr və üzüm yarpağı.....




        İçərişəhər.Həmişə gəzdiyim sirlərlə dolu dar küçələr.Yol eyni  deyil bu dəfə.İstədim varım dərinliklərə qeyb olum xəyallar şəhərində.....

       İnsan həmişə onu incidən xatirələrdən qaçır gizlənir.İstəmir bu barədə danışmaq.Hansısa bir sözə görə inciyib küsənlər olur nəyisə xatırlatdığı üçün...

    Səndən necə inciyim ay üzüm yarpağı?!Bir anda yaşatdığın acılı-şirinli xatirələri heç bir söz yaşatmamışdı...

     Alçaqdan yuxarı enişdən yoxuşa dərindən dayaza ötdü keçdi.Ruhla bədənin ayrılışı kimi bir şey....

   Mən yalnızca bunu kəşf etdim-Yıxıldıqdan sonra qanayan dizlərdə zirvəyə çıxmaq nə olan şeydir.....
   



29 окт. 2011 г.

Qəribə...

                                    
                                                          Hava yenə dumanlı

                                                            Yenə yağır yağış
                                                   
                                                           Bakı yenə bozdur

                                                 Çətirlər alıb başımızın üstünü

                                                            Hamı tələsir evə

                                                           Küçələrdə qaçhaqaç

                                                          Anlamadım bu qızı

                                                        İsladır yağış saçlarını

                                                           Yenə yağır yağış

                                                 O yenə xatırlayır xəyalında yayı
                    
                                                               Gülümsəyir

                                                 Ürəyinin istiliyi soyutmur əllərini

                                                              Gülür gözləri,...


                                         

                                             Qəribədir amma mən bunu kəşf etdim..



              İnsan xoşbəxt olanda nə yağış nə qar nə boran nə tufan ona toxuna bilmir .




                                               O qorunur.Onu xoşbəxtlik qoruyur...


 



                                                         

                                             

            




 
                                                                
                                                    
                                                     




                                                      

                                             
                  
 
     
                  

                 
                     
                       



18 окт. 2011 г.

Kəpənək və Balaca....

         Sən mənim qayğısız Kəpənəyim
           Mən arxanca qaçan Balaca

              Tutmaq ümidi ilə səni
               Qaçacam arxanca

            Uçacaqsan mavi səmada
       Ya da qonacaqsan kiçik ovucuma

       Sən mənim qayğısız Kəpənəyim
         Mən arxanca qaçan Balaca

    Bəlkə seyr eləyim uçuşunu dünyamda
           Uçuşuna qərq olum
          Təbəssüm dodağımda.....

        Sən mənim qayğısız Kəpənəyim
          Mən arxanca qaçan Balaca...


         http://www.youtube.com/watch?v=QwfKt93Rh64&feature=related..

16 окт. 2011 г.

XəyallaR və BiZ =)





Bəzən düşünürəm ki hər şeyin səbəbi xəyallardır.Biz yalnızca xəyal qururuq.Yalnız xəyallarda yaradırıq "Özümüzü".Nədənsə həyatla xəyal arasında bir xətt var...

Həyatı sepiya görürük və sepiya yaşayırıq.Yolla gedirəm insanlara baxıram.Hamı dalğındır.Nəsə düşünürlər nəsə fikirləşirlər.Gözlərə baxıram.Hamısı bir nöqtəyə zillənb.Dalğınıq...Yenə xəyallardayıq

Bəzən xəyalları sevirik.Öz-özümə gülümsəməyimə səbəbim =)

İstəyərdim sepiya həyatımız rəngarəng xəyallarla əvəz olunsun.Həqiqətəndə yaxşı olardı...=)


15 окт. 2011 г.

Sehirli toz....




Gün ərzində pərvanənin işıq ətrafında fırlanması misalı beynimdə fırlanan mövzular var.Gözlər "yol çəkir" fikirlər bir-birini əvəz edir....

Uşaq vaxtı nənəmin danışdığı nağıllarla indiki xəyallarım arasında heç bir fərq yoxdur.Əksinə mən hələ də əlində sehirli çubuğu olan pərini gözləyirəm....=)

Bəzən baxıram amma görmürəm.Görmək üçün cəhd də etmirəm.Çünki ağ-qara fonlar bir-birini əvəz etməkdədir.Son zamanlar tanımadığım insanlar həyat adlanan filmdə epizodik roldan ibarət deyil.Gözlərə baxıram.Nəsə axtarıram.Özümü axtarıram.

Dərinliyə varmaq istəyirəm.Qaranlıq bir tuneldə uzaqdan görünən işıq şəfəqi kimi.....

12 окт. 2011 г.

O an...


Bəzən səbəbsiz o qədər hərəkət edirik ki.Səbəbsiz deyilən sözlər edilən jestlər.Edirik amma bilmirik niyə.

Bəlkə də bu bizim içimizdən gəlir.Sevgiyə dırnaqarası baxan biriyəm bəlkə də elə buna görə Mənəm!Bəzən suallar verirlər.Bəs sevgi sənin üçün nədir.Anana-atana dostlara yaxınlara hiss etdiklərin nədir?! Cavabım.........


Bəzən elə bir an olur ki baxırsan və içində bir hiss yaranır.Dodaqlarında xəfif gülüş...Qucaqlamaq hissi keçir içindən.Boynuna sarılanda özündən asılı olmadan gözlər yaşarır....

Bu hissə nə ad verim bilmirəm.Sevgi bəlkə də budur bəlkə də bu deyil.Bilmirəm...

Soyuqam qışqıraraq səni sevirəm deyə bilmərəm.Demərəmdə.Bilmirəm niyə.Hisslər qarışıqdır.Anlamıram.Təkcə onu bilirəm ki dodaqlarımda gülüş yaradan insanlara bağlıyam.Məni tamamlayan puzzle-nin parçalarıdır onlar

10 окт. 2011 г.

XaNiCa-nın Dünyası ^_^








O xəyal dünyasında yaşayır.
Öz dünyası və XaNiCa
Başqa heç kimə yer yox orda
Parlayan gözləri hər açılıb yumulduqda
Yeni xəyal qurulur öz dünyasında


Ən sevdiyi ölkə İtaliya.Bəzən xəyallarında gəzişir Neapolda...Kolizeyin rəsmin çəkir.Gülür sevinir Romada ayaqların qaçır Venesiyada sulardan öz əksinə baxır...Və gözlərini açdıqda o yenə də Bakıda yenə də boz şəhərdə...

Məyus olardı...Amma bu məyusluq onun xəyallarına təsir etməzdi.Yenə qurulardı xəyallar.Və budur XaNiCa artıq Maldiv adalarındadır.Günəşdən həzz alır.Dənizi seyr edərək limonatdan qurtumlayır.Gülür yenə gözləri.Bu xəyal daha xoşdur.Amma gözlər açıldıqda Bakı yenə boşdur..

O yenə məyus olmur.Yenə xəyal qurur.Bu dəfə o tanınmış biridir.Hamı onu alqışlayır.XaNiCa ətrafa gülücüklər saçır.Fotograflar çəkir onun rəsimlərini.O bu dəqiqə Merlin Monrodan da şarmlıdır.Budur yenə gözlər açılır və o yenə də Bakıdadır...

Xəyallarla yaşayır o.Qaçır reallıqdan.Qaçır arxasına baxmadan qaçır.O təkdir bu həyatda.Vəhdətdədir xəyallarla....

İndi o itirdiyi yaxını ilə söhbət edir xəyallarda.Oxşayır nənəsi saçlarını.Gülür XaNiCa.Sevinir XaNiCa.Uzun ayrılıqda sonra onlar yenə bir yerdədir.Danışır onu narahat edənləri danışır.Bəzən gülür bəzən ağlayır... Vəı budur otaqda heç kim yoxdur və o yenə tənhadır...

Bu ki onun ən sevdiyi filmdir.İndi o filmin baş qəhrəmanıdır.Bütün gözlər final səhnəsindədir.XaNiCa sözünü deyəcək və qaçacaq.Hamı onu alqışlayacaq.Baş rolda oynayan oğlan onun arxasıyca baxacaq.Lakin XaNiCa arxasına baxmadan qaçacaq qaçacaq....Və budur film bitdi.Oyan XaNiCa oyan bitdi film...

Rəsimlərdə yenə smayliklər çəkəcək.Bəzən smayliklərlə danışacaq.Qaçacaq XaNiCa sonuna qədər qaçacaq.Xəyallarına qaçacaq...Orda onu gözləyən dostlar var.Orda onun dünyası var.Öz dünyası var.Orda əsl XaNiCa var....




8 окт. 2011 г.

Sevgili Gündəlik...


Salam Gündəliyim...18 ildir məni tək buraxmayan ən yaxınım.Neçə ildir yazıram.Sənsə sadəcə dinləyirsən.Qışqırmırsan yorulmursan sadəcə dinləyirsən...Mən isə yazıram...

Səninlə hər şeyi bölüşürəm.Ən sevincli anlarımı...Ən kədərli anlarımı.Sevincimi.Göz yaşlarımı...

Bəlkə də onların bilmədiyini sən blirsən.Bəlkə də onların hiss etmədiklərini sən hiss etmisən.Bəlkə də məni ən yaxşı tanıyan elə Sənsən...

Neçə yuxusuz gecə sənlə səhərin ilk şəfəqləri görünənədək dərdləşmişik.İndi yenə sənə ehtiyyacım var.Darıxıram.Səbəbsiz darıxıram...

Həyatda insanları tanıdıqca sənə daha çox bağlanıram.Hiss edirəm ki insanlardan daha yaxınsan mənə.Qaçıram səbəsiz qaçıram...

Onlara deyə bilmədiklərim səndə gizli.Sətirlər arasında gizlənən həqiqətlər.Yazıram səbəbsiz yazıram....


Bu gün ilk dəfə topladım vərəqlərini.Yığdım hamısını bir qutuya.Baxdım.Oxudum.Kədərləndim-Sevindim...Və yandırdım hamısını....

...Bağışla məni Bağışla...
Daha demək istədiklərimi yazmayacam.
....Deyəcəm.....
Mənə verdiyin cəsarəti isə heç vaxt unutmayacam
....Minnətdaram sevgili gündəlik......



Və Mən...




Beynimi qarışdıran o qədər mövzular var ki.Əslində tənbəllik etməyib yazsam 10-15 bloq edər.Amma yazmıram.Səbəbsiz...

İstəyirəm yağış yağsın.Yusun neftə bulaşmış üzləri.Diz üstə çöküb əllərimi açım göyə bütün dərdimi məni narahat edənləri bir sözlə hər şeyi danışım yağışa.Göz yaşlarım qarışsın yağışa....

Uşaq vaxtı yağışda qaçmağı sevərdim.Çətiri bir qırağa atıb qaçardım yağışda.Yerə axan yağış damcılarına diqqətlə baxardım.Sevərdim payızı....

Səsli-küylü Bakı dar küçələr bozlaşan insanlar neftə bulaşmış əllər ağlayan körpələr imdad diləyən qocalar buza dönən qəlblər və Mən...Bütün bu qarmaqarışıqlığın içində axtarışda olan Xanım Yadigar....

28 сент. 2011 г.

Yaşayan "ölülər"



Barmaqlarımla qələmi hiss etdiyim an anladım ki yazmalıyam.Deyə bilmədiklərimi vərəqə köçürməliyəm.İlk toxunuşdan doğmalaşan barmaqlarımla bəzən mürəkkəbi bitən qələmim döyünən ürəyim durmadan düşünən beynim və çılğın ruhum....

Ağ vərəqdə durmadan hərəkət edən qələmin ucu çatılmış qaşlar və bir-birini əvəz edən cümlələr....

Mən kiməm? Əgər düşündüklərimi qorxmadan söyləyə bilmirəmsə nəyə lazım dil?! Kaş lal olaydıq.İndiki vəziyyətimizdə laldan fərqlənmirik...

Mən kiməm? Əgər eşitdiklərimə biganə qalıb bu yaşımda da nağıl dinləyirəmsə...Nəyə lazım qulaqlar?! Kaş kar olaydıq.İndiki vəziyyətimizdə kardan fərqlənmirik...

Mən kiməm? Əgər haqsızlığa göz yumuramsa nəyə lazım gözlər?! Kaş kor olaydıq.Heç kordan da fərqlənmirik...

Amma burda bir "əmma" var.Kor həyatı boyu 1 dəfə də olsun işığı görmək istəyir.Lal heç olmasa bircə kəlimə söyləmək istəyir.Kar heç olmasa bircə kəliməni eşitmək istəyir.

Bəs biz niyə korlaşıb karlaşıb lallaşırıq ??? Niyə lazım olan anda susuruq?Niyə görmək lazım olanlara göz yumuruq? Nyə hələ də qulaqlarımıza pambıq tıxayırıq?

Mənasızdır elə deyil mi ?!...Yazdıqca yaşayan "ölülər" olduğumuzu daha yaxşı anlayıram...

20 сент. 2011 г.

Nağıl kimi ...



İnsanın keçirdiyi və hiss etdiyi hisslərini yazması çətindir.Bəzən söz tapa bilmirik ifadə etməyə...Necə başlayasan necə ifadə edəsən...Bir sözlə-anlaşılmaz...

Məsələn qütblərə nəzər yetirsək görərik ki onlar uzaq olsalar da fərqlənsələr də bir-birini cəzb edirlər.Və ya dənizlə göy üzü kimi...Biz baxarkən dənizlə göy üzünün nə vaxtsa və hardasa birləşdiyini və ya qovuşduğunu düşünürük.Daha doğrusu uzaqdan baxanda bu belə görünür bizə.Amma həqiqətdə onlar bir-birindən çox uzaqdırlar...


Uşaq vaxtı bir nağıl oxumuşdum.Təxminən 5 və ya 6-cı sinifdə oxuyarkən.Adı "sun and moon" idi.Günəşlə ayın sevgisindən bəhs olunurdu.Amma bu sevgi sonradan nifrətə çevrilirdi.Ona görə də guya günəş çıxarkən ay batırdı.Oxuyan zaman təəccüblənmişdim.Maraqlı gəlmişdi mənə.Nağılın sonunda bu cümlə məni çox düşündürmüşdü-"Əgər onlar qovuşsalar sevgiləri fəlakətə səbəb olacaq"....


İndi anlayıram ki "ay və günəşin" bir-birini sevməsinə səbəb onların fərqliliyidir."Ay"-soyuq və ciddi."Günəş" isə isti və şən...


Bir-birinə əks amma eyni zamanda bir-birini tamamlayan...Əslində bu həyatda da belədir.Heç vaxt eyni xarakterli insanlar bir-birini cəlb etmir.Qəribədir elə deyil mi ?!

14 сент. 2011 г.

Qadın Yoxsa Kölə ?!


Feministcə düşünən bir insanın bu mövzuda blog yazması yəqin ki təəccüblü deyil.Əslində bu blogpostu yazmağı çoxdan düşünürdüm.

Bu mövzu məni çox düşündürür.Qadın Yoxsa Kölə?! Bəlkə də əsarət...

Yəqin ki çoxumuz qadınlara qarşı münasibətdən xəbərdarıq.Şiddət söyüş namus söhbətləri və sonda hüquqları təpik altda-Qadın....

Özüm üçün müqayisə edirəm.Avropa və biz.Düzdür bilirəm bizim avropa kimi düşünüb hərəkət etməyimizə hələ çox var.Amma rusların bir sözü var-"Mechtat ne vredno"....

Mən hələ də anlaya bilmirəm nəyə lazımdır bu cinsi fərq qoymaq insanlar arasında ?!Cinsi fərqlə nəyə nail olacağıq ? Qadın kişi nə fərqi var? Sonuçta hamımız insanıq...

Cəmiyyət həyatından təcrid olunan bir insan həyatı.Çox erkən qurulan nigahlar şiddət görən qadınlar psixoloji zərbə alan uşaqlar....Bunlara boyun əyməyə dəyər mi ?

Nəyə görə bizim qadınlarmentualetə öz həyatlarını qurban verirlər.?Məgər mentualet bizim xoşbəxtliyimizdən artıqdır mı? Və ya bizim xoşbəxtliyimiz mentualetən əksikdir mi ?

Nəyə görə əsarətə qeyri-azad həyata boyun əyirsiniz ? Belə geridə qalmış düşüncə tərzi ilə mentualet qurbanı olan talehlərlə hara gedirik biz ? Sonumuz necə olacaq?


Gələcək övladının qız olduğunu öyrənib qadını aborta yollayan "kişilər" arvadına uzun yubka geyindirib maskalarla gəzən "kişilər" qadın hüquqlarını təpikləyən "kişilərlə" xoşbəxtliyinizə şapalaq vuran "kişilərlə"....

Bir azda özümüzü düşünək.Sadəcə bir anlıq təsəvvür edək: ölüm qapımızı döyür.Və son dəqiqələr.Gözlər yumulur və həyatımız film çarxı kimi canlanır.Kim istəyər o çarxda yalnız şiddəti göz yaşlarını görsün.??? Gülmək sevinmək xoşbəxtliyi dadmaq bizə qadağan oluna bilməz ! Düşünmədən qərar verməyək ...

Qadını Kölə ilə səhv salmayaq.Unutmayaq ki qadın böyük qüvvədir.Əgər istəsə hər şeyə nail ola bilər..

7 сент. 2011 г.

Cavabsız Suallar....



Cavabını hələ də tapa bilmədiyim suallar çoxdur.Mən cavab axtarışında ikən suallar artır.Və bu məni sonsuz suallarla dolu labirintə aparır.Bəzən bezirəm suallardan.Beynimin "Bezmişəm" əmri qarşısında yenə acizəm...

Amma cəmi sual həmişə məni narahat edir.Daha doğrusu çox düşündürür.Mən və mənim "Zati-Aliləri" beynim xarab kaset kimi eyni sualda ilişib qalır.


Səni intizarda qoymayacam əziz oxucu.Sual belədir:Niyə axı biz bir şeyi çox istəyirik,bəzən lap çox istəyirik ,bəzən lap-lap çox istəyirik...Amma əldə etdikdən sonra gözümüzdən işıq sürəti ilə düşür

Yəqin ki bu hal hamımızda baş verir.Qadın və ya kişi fərq etməz.Məsələn, hansısa mağazada nəsə görürük,həmin an ala bilmirik.Məyusluq...Hər gün və ya yolumuz düşəndə o mağazanın önündən keçəndə "ağzımızın suyu" axa-axa həsrətlə baxırıq.Ağlımızdan: "ah kaş mənim olaydi" "maaşımı alıb alacam mütləq" "gərək papadan pul qopardıb bunu alım ee" və s. fikirlər keçir...

Və böyük gün.Çoxdan sənin olmasını gözlədiyin "nəsə" artıq sənindir.Əlinə aldığın ilk 15 saniyə gözlərin gülür sevincindən uçursan yehuuu oleyyy uraaa...Bəs sonra ?!

Bəlkə də bu bir psixoloji haldır bəlkə də həyatın qanunudur bəlkə də insan yaranışdan belədir.Nə bilim.Bəlkələr ola bilərlər...

Amma hələ də tam tutarlı bir cavabım yoxdur bu suala.Sən bu yazımı oxudunsa bəlkə sənin ağlına bir cavab gəldi.Bu sualın cavabı mənə maraqlıdır.Br fikriniz varsa yazın cavabları gözləyəcəm.Xoş arzularla-Xanım =)

6 сент. 2011 г.

Üç Hərfdən İbarət-Bənzərsiz...


Uşaqlıqda ona bənzəmək istəmişəm.Onun kimi olmaq...Onun kimi yerimək...Onun kimi danışmaq...Onun kimi gülmək...Və ən əsası onun kimi Məğrur olmaq...

"Kimi çox istəyirsən"-Sualına Həmişə cavabım sən olmusan...

O məni tərifləsin saçlarımı sığallasın istəmişəm...Həmişə məktəb iclaslarıma o getsin istəmişəm.Onun bircə "Afərin qızım" sözü üçün çalışmışam...


Əlimdən tutub yol getdiyi zaman nədənsə həmişə fəxr etmişəm.Mənim qəhrəmanım Sən olmusan...

Bəzən özümü lənətləyirəm.Kaş oğlan olardım.Kaş sənin davamçın olardım...

Yadımdadır 16 yaşım.Şəxsiyyət vəsiqəsinə imza çəkəndə...Sən bilmirsən amma mən o imzanı belə sənin imzana bənzədirdim...

İndi görürəm ki imzalarımız çox bənzəyir,Ata..Mən həmişə sənə bənzəməyə can atacam...

Amma bir həqiqət var.-Sən Bənzərsizsən.... Qızın-Xanım =)

4 сент. 2011 г.

Şıltaq Ruh =)


Kənardan baxanda soyuqqanlıyam..Bunu bilirəm.Hətta:"Aydaa necə özündən razı qızdır."deyənlərdə olur.Eşitməzlikdən gəlirəm =)
Sən nə bilə-bilərsən ki mən necəyəm?!Axı insanları tanımaq olmur...Hər bir insan individualdır.Səni və ya bir qeyrisini deyə bilmərəm amma mən qeyri-adiyəm =))

Əslində mən əsarət altındayam.Şıltaq ruhumun əsarəti...Amma bu əsarət mənə xoşdur.Çünki sənin çəkindiyini mən edə bilərəm =)

Əgər xoşbəxtəmsə sevincimdən qışqıra bilərəm.Xoşbəxt anlarımda gözlərimin içinin gülməsini hiss edirəm =)

Ən pessimist anlarımda nə dost nə tanış heç nə amma heç nə mənə kömək etmir.Yeganə köməyim şıltaq ruhumdur =)

Hiss edirəm ki o məni xoşbəxt edir...Yağışın altında saatlarla çətirsiz qala bilərəm.Ayaqlarımı şappıldadaraq yağışda qaça bilərəm.Səbəbsiz sevinə bilərəm.Üşüyən bədənimə yaş paltarımın toxunuşu,saçlarımdan axan yağış damcılarının yanağımda rəqsi....

Bütün bunlar məni xoşbəxt edir.Küçədə "klass-klass" oynayan uşaqları görəndə məndə onlara qoşulub oynaya bilərəm.Heç nədən və heç kimdən çəkinmədən =)Şəhərdə gəzərkən diqqət cəlb etmək üçün "gürcücə" danışa bilərəm.Şıltaq ruhumun mənə yaratdığı avantajlardır bunlar...

Bəlkə də yazdıqlarımı oxuyub düşünəcəksən ki ya bu qızda ağıl inkişaf etməyib ya da bu qız dəlidir=) Dəli falan deyiləm.Sadəcə şıltaq ruhumun əsarətindəyəm.Amma mən yenə də Xoşbəxtəm =)

P.S-Bir gülüşdə kifayətdir xoşbəxt olmaq üçün.Gülümsə =)

2 сент. 2011 г.

"Hörmət" günlərinə star- 15 sentyabr



Bildiyiniz kimi artıq bir neçə gün sonra məktəblər açılacaq.Artıq indidən məktəblilər əl-ayağa düşüb.Daha doğrusu onların valideynləri.
Düzünü desəm valideynlər məktəb açılanda "təmiz zibilə düşürlər".Bütün yayı "eşşək kimi" işləyirlər.Nəyə görə? Kimə görə? Nə üçün?50 manata məktəbli forması daha sonra canım sizə desin fond pulu assosasiyya pulu 5oktyabr müəllimlər günü 31 dekabr müəllimin "novıy qodu" 8 mart "qadınlı kişili" müəllimlərə hörmət günü 21 mart müəllimin Novruzu hələ müəllimin ad günü də var.=)
Bax belə valideyn qazandığın tökür məktəbin və müəllimlərin "xırtdəyinə".
Vay o gündən ki müəllimin "hörmət günlərini" valideyn unuda...Onda toyun mübarək=) O dəqiqə düşürsən müəllimin "qara spisokuna".Salır səni "gözümçıxdıya"....

Yadımdadır əvvəllər müəllimlər məktəb vaxtını yada salanda əlaçı tərbiyəli şagirdləri xatırlayardılar....
Amma indi kimin atası çox "görüm baxım" eliyirsə onlar yadında qalır müəllimlərin =)Bax belə
Nazirlikdən yoxlama gələndə şagirdlərə bu sualı həmişə verir:"Uşaqlar sizi rüşvət verməyə məcbur edirlər mi? Və ya məktəbinizdə rüşvət halları var mı?" Qoyundan geri qalmayan məktəblilərin xorla cavabı: XEYR!...

Bax elə bu yalançı "XEYR"lərdir evimizi yıxan.Bir dəfə də qorxmadan heç kimdən çəkinmədən "BƏLİ" lap elə loru dildə "HƏRİ" deməyi bacarın ! =)

31 авг. 2011 г.

Song From a Secret Garden .....


Bəlkə də yeganə musiqidir ki ruhən həzz alıram.Gözlərimi qapayıb ruhumu musiqinin ahuşuna buraxıram.İndi yenə bu mahnını dinləyirəm.Heç nə hiss etmirəm.Əllərim klavişdə yazır beynimdə isə skripkanın ecazkar ifası....
"Bəzən musiqi danışır."-Bu frazanı əvvəllər anlamırdım.Öz-özümə: "Bu nə axmaq cümlədir "deyirdim.Amma indi musiqinin danışdığını hiss edirəm.İndi bəstəkarları da anlayıram.İnsanın hislərini musiqiyə çevirməsi necə də gözəldir.Deyə bilmədiklərini musiqi vasitəsi ilə dinləyiciyə çatdırmaq .....
Simamda qəribə bir təbəssüm var.Səbəbin bilmirəm.Deyəsən musiqi mənlə danışır... =)

P.S-Dinləməyinizi məsləhət görürəm.Bəlkə nə hislər keçirdiyimi sizlər də anladınız

26 авг. 2011 г.

Çöhrəsindəki təbəssüm =)


Hər dəfə o evin yanından keçəndə öz-özümə deyərdim-"Görəsən o necədir?Evdədir mi?"
İnsan bir şeyi çox istəyəndə əldə edə bilər.Və ya bir insanı çox görmək istəyəndə görə bilər.İndi buna tam əminəm.
Dünən onu gördüm.Əlində kuloklar evə tərəf gedirdi.Biraz yaşlanmışdı.Amma çöhrəsindəki təbəssüm dəyişməmişdi...
Məni görəndə gülümsədi.Xeyli vaxtdır ki bir-birimizi görmürdük.Mənə diqqətlə baxıb-"Xanım qızım böyümüsən dəyişmisən amma gülüşündən tanıdım səni"dedi...
Məktəbdə oxuduğum illərdə çoxlu müəllimlərim olub.Hərəsi xatirəmdə bir cür qalıb.Amma nədənsə cəmi 5 AY mənə dərs deyən bu insanın yeri başqadır qəlbimdə..Bəzən danlayardı bəzən tərifləyərdi bəzən çox qəddar olardı bəzən də şirin söhbətlər edərdi.Soyuqqanlı olsa da məni çox istədiyini gizlədə bilmirdi...
Onun xətrini çox istəyirdim.Bəzən kimsə xətrimə dəyəndə o mənə təsəlli verərdi.Ana kimi şəfqətli idi.Çox müəllimlər görmüşdüm.Çox hissəsi rüşvətsevər idi.Şagirdlərini atasının işlədiyi yerə görə qruplaşdırırdılar.Amma o belə deyildi.
Hər dəfə müxtəlif kitablar verərdi mənə oxumağa.Ədəbiyyatı mütaliəni o idi mənə sevdirən.
Dünən görəndə onu hiss etdim ki gözləri çuxurlansa da saçları ağarsa da nə qədər yaşlansa da mən onu həmişə sevəcəm.Mən onun geniş ürəyini və çöhrəsindəki təbəssümünü sevəcəm.Ağız dolusu Müəlliməm dediyim yeganə insan olaraq qalacaq o yaddaşımda..

P.S- Cavahir müəllimə sizi çox sevirəm! <3 =)

23 авг. 2011 г.

İl boyu ağlaşmada...



Yazımın adını oxuyub elə düşünmə ki yasdan yazacam.Yəqin ki yeganə millətik ki ölünün palatkasında oturub anektod danışıb gülürük.Nəysə bu ayrı məsələ....Bu gün bu barədə yazmayacam.

Yazım-11 rayonun hərəsin 1 ayda “verildiyi”ndəndir.Artıq televizorda sosial şəbəkələrdə rayonlarımızın “verilmə” tarixini oxumaqdan və ya görməkdən gözlərimiz “mazol” olub.Görəsən bu millət bezmir mi hər il eyni sözləri söyləməkdən?Və ya “qeyrət” deyilən hiss hələ də oyanmayıb mı bu xalqda? Qeyrətsizin qeyrətə gəlməyindən qorx.Nəysə...

Hər il öz-özümə deyirəm-“Allah səbrimizin “kökün” kəssin.O “kök ki “ başımızın altına hır il balış qoyub”yat ey əziz xalqım yat” deyir..Şirin yuxular.P.S-“lazım gəlsə” yorğanda var üstünüzə örtməyə...

21 авг. 2011 г.

Cənnətdən Göndərilən Hədiyyə =)


Nə gözəldir gözlərin
Baxarkən unuduram özümü
Nə şirindir sözlərin
Yalan olsa da inandırıram özümü
Nə sehirlidir əllərin
Oxşadığında saçlarımı ürəyim əsir
Nə istidir dodaqların
Öpdüyün zaman qəlbimi isidir
Nə bihuşedicidir qoxun
Beynimi içki kimi məst edir
İndi anlayıram ki sən məni tamamlayırsan
Sən məni xoşbəxt edirsən
Cənnətdən göndərilən hədiyyəsən mənə....


20 авг. 2011 г.

Gələcək zamanda olan "qanacağımız"



Mən yenə gəldim.Beynimi dincəlməyə qoymayan və "yaz yaz"əmri verən mövzulardan biri ilə...
"Əşşi uşaqdır qanmır", "Qanacağı yoxdur", "BərəkkALLAH qanacağına".Yəqin ki az-çox bu sözü sizdə kimlərdənsə eşitməmiş olmazsınız.Aha düz tapdın =) Mən bu gün "qanacaq"dan yazacam.Nədir bu qanacaq? hardan gəlib? kim gətirib? niyə gəlib? nə üçün gəlib? kim çağırıb? Kimgilə gəlib?
Qanacaq-bu sözü çox eşidirik.Çox insanlar əmilər bibilər xalalar dayılar əsasəndə nənələr babalar bu sözü tez-tez işlədir.Bəzən şahidi oluram nənə və baba nəvələri nəsə səhv edəndə o dəqiqə deyir-"ay bala hələ cavandır qanmır." Bəs ay nənə bu uşaq dediyin 20 yaşlı "gədə" bu vaxta kimi qanmayıbsa bəs nə vaxtsa qanacağına zəmanət verə bilərsən? Mən sizin yerinizə cavab verim-Əlbəttə ki yox!Ona görə ay nənə boş yerə nəvəni "zaşişat" eləmə.=)
O gün bulvarda idim.Bir xala diqqətimi cəlb etdi.Əslində xalaya yox onun görməmiş kimi çırtlayıb yerə tökdüyü "semiçka"nın qabıqları diqqətimi cəlb etdi desəm daha doğru olar.Özüm-özümə 1 anlıq düşündüm-küçədə çox yerə "bura zibil tökənin ölüsünə nəhlət kimi" kimi yazılar görürük.Hətta böyük hərflərlə və qırmızı boya ilə yazırlar ki baxmaqla kifayətlənməyib eyni zamanda yaxşı-yaxşı görə bilək.Görəsən bu xala bu yazıları görməyib mi? Və ya 2-ci bir fərziyyəm,görübdə qanmayıb mı???
Şübhəsiz yəqin ki əziz nənələr babalar əmilər bibilər dayılar xalalar siz bu yazını oxusanız deyəcəksiniz ki "ay bala qınama qanacaq bir gün o xala da qanacaq"Amma ey məni bu fikrimə görə qınayan nənələr babalar əmilər xalalar dayılar bibilər indi mən sizə bir SuaL verim- Bir millətin ki "qanacaq" sözü gələcək zamandadır görəsən bu millət nə vaxt qanacaq?!
Cavabınızı facebook və twitter hesabıma yaza bilərsiniz...Hörmətlə-Xanım Yadigar=)

19 авг. 2011 г.

Balaca Bakının Böyük Ürəyi...



Salam səni blogumda görməyimə şadam.Bu gün Bakımdan yazacam.Daha doğrusu Bakımızdan...
Nəyə görə Bakım dedim.Çünki Bakı dediyim zaman bir anda uşaqlığım reklam çarxı kimi canlanır gözümdə...
Kimin üçünsə Bakı sadəcə olaraq adi bir şəhər.Hansısa iş və ya gəzinti üçün gəldikləri.Amma Bakı dedikdə ədənsə gözümün önündə evdən bir ovuc konfetlə həyətə qaçan 5 yaşlı uşaq canlanır.Həyətə düşən kimi konfetləri digər uşaqlarla paylaşan balaca.Özü balaca olsa da,ürəyi geniş olan uşaq...Bu sənsən Bakı.Balaca amma böyük ürəyə malik şəhərim.Mənim Bakım ...
Uşaqlığımı xatırlayıram.Keçmişdə fontanlar dediyim indiki H.Əliyev parkı,İçəri şəhər,Qız qalası,Faytonlar,Pambıq satan əmilər,Nərd oynayan babalar və s.Burnumda hələ də Xəzərin neft qoxusu.Uşaqlıq xatirəm...Tranvay yolları,troleybuslar.Hətta "nöyüt var nöyüt mebel yağı" qışqıran nöyüt satanlar..
Balaca Bakı dəyərin böyük.Qeyri-adisən gözümdə.Əsrarəngizsən..Sən yeganəmsən Bakı.Mirvari qaşlı üzüksən nişan barmağımda.Sən mənsən Bakı.Mənim balacam =)
Rəhmətlik nənəmi xatırladım Bakıdan yazarkən.Bu sözləri hələ də qulağımdadır -"Xanım gəl çay içginən,armududa süzdüm ki tez soyusun,limon salım?Günortaya düşbərə bişirciyəm.Ürəgün başqa nə istəyirsən balası?"

18 авг. 2011 г.

21 qramlıq Ürəyim....


Soyuq dekabr...Qar narın-narın yağır.Küçədə sevinclə qaçışan uşaqlar necə də şəndirlər.Hava soyuq amma onlar körpə nəfəsləri qəlbimi qızdırır =)Pəncərədən onlara baxıram.Yerə uzanıb mələk forması yaradırlar ağızlarını açıb qar dənəciklərini udurlar.Soyuq qar onların isti nəfəs ilə qovuşduqda körpə simalarında yaranan gülücüklərə baxmaqdan doymuram...
Soyuq dekabr.Bəyaq uşaqlar oynayan küçə ilə indi mən addımlayıram.Sanki havanın soyuqu mənim canıma hopub.Qalın geyinmişəm amma yenə də üşüyürəm.Hiss edirəm ki ruhum üşüyür....
Uşaqlıqda ən sevdiyim fəsil indi mənim üçün iliyimə işləyən soyuqdan başqa bir şey deyil.Küçədə gəzən oynayan uşaqlara baxıram.Onlar necə də xoşbəxtdirlər.Qardan adam düzəldirlər.Bir zamanlar məndə qışı belə sevirdim.Amma indi qış mənim üçün soyuq deyil.Çünki qışdanda soyuq insanlar var imiş.O insanları gördükcə anladım ki insanı insan edən isti ürəyi imiş.Nəyə lazım buzdan insan?! Hissiz duyğusuz biz kimik? Nəyə gərəyik?
Alimlərin dediyinə görə ürək 21 qramdır.Amma bəzən mənə elə gəlir ki sinəmdən "meşok" asılıb.Və bu "meşok" bəzən o qədər ağır olur ki zorla nəfəs alıram......

Özün üçün yaşa.Kim nə çərənləyir çərənləsin =)

Hər səhər oyanmaq pəncərənin qarşısına keçmək və təmiz havanı ciyərlərinə çəkib gözlərini açmaq....Heç nı düşünmədən kimi isə vecinə almadan yaşamaq..
Əgər sən küçədə gedərkən qulaqcıqda mahnı dinləyib rəqs etmək istəyirsənsə heç kimi və heç kimi düşünmədən bunu et.=)Daşlaşmış insanların çəkdiyi bütün sərhədləri qır!Kiminsə arxanca nə deyəcəyini belə düşünmə..Təbii ol özün üçün yaşa ! =)
Bütün həyatını " ay nə bilim filankəs nə deyər bunu eləsəm bəsmənkəs nə fikirləşər " bu axmaq fikirləri cleaning et memory-indən xD

Bu həyatı yaşamaq sənə yalnız bircə dəfə verilir.Çalış onu doyunca sevə-sevə yaşa....

P.S-indi isə gülümsə görüm =)

17 авг. 2011 г.

"Milli" tərəzi

  Bir neçə vaxtdır  bu blog yazım barədə düşünürəm.Axır ki beynimin "artıq hazırsan " əmrindən sonra yazmaq qərarına gəldim."Nədən yazacam? nə ilə bağlı yazacam?"yəqin ki bbu sənə maraqlə olar əziz oxucum.=)
  
  Yəqin ki kartof xiyar və tərəzidən yazmayacam.Buna tam əmin ola bilərsən =)Mən bu gün  el arasında "Prestij" adlanan məsələ ilə bağlı yazacam.Çəx maraqlı gəlir mənə insanların bu "prestij" merakı.Öz aralarında danışanda geyimdən tutmuş təhsilə kimi "Prestij".....

   Gəl elə ən sadəsindən-geyimdən.Geyim-Lüt qalmayaq deyə əynimizə geyindiyimiz paltardır.Ta qədim zamanlarda  "cahamat" )) əncir yarpağına bürünərdi.Görəsən onlarda deyirdi ki- "ay bu bahalı əncir ağacının yarpağıdır bu  "talkuçka"  ağacının əncir yarpağıdir?!''Əslində  nə qədər mənasızdır elə deyil mi.Əsas  odur geyim olsun.Sənə rahat və yaraşan.Vəssalam ....

  Amma Prestij meraklısı bizimkilərə bu yad bir fikirdir.Bizimkilər  150 manatlıq 25sm-lik  narahat dikdabanı geyər,'Əmma'  rahat 8 manatlıq talkuçkadan şəp-şüp geyməz.Uşaq deyilsən ki prestij sohbəti var qadası...

  Prestijin milli tərəzi ilə ölçülən digərlərindən biri isə təhsildir.Yəni təhsildə prestij.Ali məktəbə sənəd verən oğlum vəya qızım özəldə olsa diplomu keçməsə də institut oxumalıdır.Ay kişi belə evimi sataram borca girərəm "əmma" o diplom uşağımın olar.Uşaq deyilsən ki Prestij söhbəti var qadası......

  Ay mənim Prestij xəstəsi atalarım  analarım  əmilərim  bibilərim dayılarım xalalarım!Əsas Universitet bitirmək deyil Canlarım mənim.Əgər sənin  bacarığın yoxdursa ha 10 dənə uni bitir nə xeyri... ))

  Mən adi 1 kollec tələbəsiyəm.Prestij xəstəsi deyiləm və olmamışamda.Mənə lazım deyil valideynlərim borca=xərcə girsin məni uni-ye salsın.Əgər azca da olsun fərasətin varsa sən kollec bitirsən də bu həyatda özün üçün  1yol cığır aça bilərsən.

 Ey mənim Prestijsevər xalqım,yəqin ki yazımı oxuyub "bu dəli nə deyir " deyəcəksiniz.İnanin mən dəli falan deyiləm.Sadəcə olaraq "Milli" tərəzinizin düzgün ölçmədiyini sizə demək istəyirdim.Bu qədər ...

P.S-Prestijsevərlərə məndən hədiyyə olsun bu mahnı =)

BirCə QanaDlaR GəRəK =)

Blogumu yaradarkən ancaq düşündüklərimi yazmağı qərara almışdım.Elə indidə qərarımdan dönməmişəm.Ruh halımı düşündüklərimi bir az çətinlik çəksəm də Azərbaycan şriftləri ilə yazıram.Beynimin "yaz Xanica" əmrinin qarşısında acizəm...

Son zamanlar nədənsə optimistliyim üstümdədir.Bilmirəm niyə amma özümü xoşbəxt hiss edirəm.İçimdən ətrafımda olan insanları-yaxınlarımı-dostlarımı qucaqlayıb "sizi sevirəm"qışqırmaq kimi bir çılqın hiss var.Gülürəm...Küçədə tanımadığım insanları görəndə simalarına baxıb gülümsəyirəm.Bəlkə də mənə baxan " aydaaa kız kafayı yemiş " falan deyir.Ya da ki, "ə bu gic  niyə cahamata diş ağardır" deyir öz-özünə.Bəzilərinin belə düşünməsi normaldır.Çünki "çürük ruhlu gəzən ölülərin" cəmiyyətində bu heç də adi hal deyil.

İndi blogumu oxuyan insan (lar) sizi də sevirəm.Bilmirəm niyə amma bu sözü yazmaq içimdən gəldi....=)


P.S-bu mahnını çox xoşlayıram.Bu da məndən sizə hədiyyə olsun. =)

16 авг. 2011 г.

Qohumlar sosial şəbəkələrdə =)

Yəqin ki 21-ci əsrdə texnikanın inkişafından bəhrələnən bir nəsil olaraq çoxumuz sosial şəbəkələrdən istifadə edirik.Və əksəriyyətimizin dostluğunda loru dildə desək "friend"ndə,"drujba"sında qohum-əqrəba tanış-tunuş var.Bəzən hansısa uzaq qohumun üzündən keçməyib dostluğa qəbul edirsən."Əgübdür axı,toyda yasda durub diyərlər ki, ala nöş mənim drujbamı qəbul eləməmisən.?".

Qəbul edəndən sonra hər statusda,commentdə,keçiddə həmin qohumun adın görənlər təəccüblənməyin.Bu "qeyrətli" qohum-əqrəba sizə artıq nəzarət edir.Bəli bəli səhv eşitmədiniz-Nəzarət! Əgər "sizi təqib edənlər" proqramından  istifadə etsəniz görərsiniz ki ən çox profilinizdə "gəzişənlər" qohumlarınızdır.Əsasəndə sosial şəbəkələrdən istifadə edən qızlarda bu hal daha çox baş verir.Ay nə bilim atanın əmi uşaqları ananın bibisi nəvələri hamısının dırnaq arası "nəzarəti"......

O gün bir söhbətə türklər demiş- "kulak misafiri oldum" .Qohumumuzun biri digərinə belə deyirdi: "Ay Gulya o gun oglum girif bu facedir ne zibildir ora.O Elikramin  qizi var ee Ayan.Hə bax o şəkillərin qoyuf netə cahamaatın gədələri də baxır buna."  O biri qohumun cavabı- " vaxseyyy ağez külüm olsun onun anasının təpəsinə.Vay vay vay tay bu qızı alan zad olmaz.Adın batırdı.Biyavırçilixdi"...

Bax bu da bizim qeyrətimizin  security'si olan qohumlarımız  =) Şərhi sizlərə buraxıram
P.S-Bəlkə bu yazıdan sonra qohumlarım silər məni dost siyahısından  :D

Balacanın Nağılı.....

İnsanlar doğularkən onlara valideynləri ad qoyur.Bəzən biz bu adları qısaldıb , kimə isə Aygün yerinə Ayka deyirik.Və ya Günay yerinə Günka.Bu daha şirin səslənir.Bəzən kilolu birinə toppuş deyirik.Bu sözləri deyən zaman gülüş oynayır dodaqlarımızda nədənsə ......

Mənim blogumun qəhrəmanı olan balacanında bir nağılı var.Ona da bir zamanlar əzizləmə mənasında  "Balaca" deyərdilər.Yox yox o boyca balaca deyildi.Sadəcə ona bu adı qoymuşdular.Ona balaca adı qoyulanda bunu  heç xoşlamamışdı.Hətta içində bir etiraz hissi baş qaldırmışdı.Hər dəfə ona  "ey balaca" deyəndə qaşları çatılar,büzülmüş küskün dodaqları "mən balaca deyiləm" pıçıldardı....

İllər ötdü.Artıq bizim bu "balaca"nın həyatı çox dəyişdi.İndi ona "balaca" deyə müraciət edən yoxdur.Amma bilirsiz o balaca indi "ey balaca" sözü üçüçn çox darıxır.Daha doğrusu o sözü ona deyən üçün....

Qəm yemə balaca həyat belədir.Həyat bizi böyüməyə vadar edir.Biz "balaca" qalmaq istəsək də..

15 авг. 2011 г.

Əvvəla Salam...Bilmirəm niyə amma bu blogu yazmaq qərarına gəldim.Beynimin mənə "yaz" əmrinin qarşısında aciz qaldım.Bəli düz oxudun daha məndə yazacam.Bəlkə də oxuyub ağız büzəcəksən.Bəlkə də oxuyan zaman gülümsəyəcəksən. :) Çalışacam kimisə yıxıb-sürüməyim,düşündüklərimi müşahidə etdiklərimi paylaşacam sizinlə...
Bir daha bloqumda səni görməyimə şad oldum.Bundan sonra tez-tez görüşəcəyik =)