Subscribe:

Blogu Facebookda bəyən!

18 авг. 2011 г.

21 qramlıq Ürəyim....


Soyuq dekabr...Qar narın-narın yağır.Küçədə sevinclə qaçışan uşaqlar necə də şəndirlər.Hava soyuq amma onlar körpə nəfəsləri qəlbimi qızdırır =)Pəncərədən onlara baxıram.Yerə uzanıb mələk forması yaradırlar ağızlarını açıb qar dənəciklərini udurlar.Soyuq qar onların isti nəfəs ilə qovuşduqda körpə simalarında yaranan gülücüklərə baxmaqdan doymuram...
Soyuq dekabr.Bəyaq uşaqlar oynayan küçə ilə indi mən addımlayıram.Sanki havanın soyuqu mənim canıma hopub.Qalın geyinmişəm amma yenə də üşüyürəm.Hiss edirəm ki ruhum üşüyür....
Uşaqlıqda ən sevdiyim fəsil indi mənim üçün iliyimə işləyən soyuqdan başqa bir şey deyil.Küçədə gəzən oynayan uşaqlara baxıram.Onlar necə də xoşbəxtdirlər.Qardan adam düzəldirlər.Bir zamanlar məndə qışı belə sevirdim.Amma indi qış mənim üçün soyuq deyil.Çünki qışdanda soyuq insanlar var imiş.O insanları gördükcə anladım ki insanı insan edən isti ürəyi imiş.Nəyə lazım buzdan insan?! Hissiz duyğusuz biz kimik? Nəyə gərəyik?
Alimlərin dediyinə görə ürək 21 qramdır.Amma bəzən mənə elə gəlir ki sinəmdən "meşok" asılıb.Və bu "meşok" bəzən o qədər ağır olur ki zorla nəfəs alıram......

2 комментария:

  1. (ړײ)AzE(ړײ) СимПамПулЯ(ړײ)27.11.2011, 02:35

    uwaq olanda hamimiz qarnan oynamiwix Qiw gelende Qar yaganda hamimiz geyeinib 4ole 4ixib uwaqlarnan qar adam duzeltmiwik qar topu oynamiwix ama indi ele mende Qar yaganda oz uwaqligimi yadima saliram ve bu gunku gunumu fikirrewirem ha4ansa bu qari il boyu gozduyen uwax indi qar yaganda sadece geyinib Derse gedir oturur gezir sora eve gelir gozduyurki ne vaxt qar eriyecey ama hansiki ha4ansa men bu qari il boyu gozdemiwem indise erimeyini gozduyurem hmm bele bele

    ОтветитьУдалить