Subscribe:

Blogu Facebookda bəyən!

17 авг. 2011 г.

"Milli" tərəzi

  Bir neçə vaxtdır  bu blog yazım barədə düşünürəm.Axır ki beynimin "artıq hazırsan " əmrindən sonra yazmaq qərarına gəldim."Nədən yazacam? nə ilə bağlı yazacam?"yəqin ki bbu sənə maraqlə olar əziz oxucum.=)
  
  Yəqin ki kartof xiyar və tərəzidən yazmayacam.Buna tam əmin ola bilərsən =)Mən bu gün  el arasında "Prestij" adlanan məsələ ilə bağlı yazacam.Çəx maraqlı gəlir mənə insanların bu "prestij" merakı.Öz aralarında danışanda geyimdən tutmuş təhsilə kimi "Prestij".....

   Gəl elə ən sadəsindən-geyimdən.Geyim-Lüt qalmayaq deyə əynimizə geyindiyimiz paltardır.Ta qədim zamanlarda  "cahamat" )) əncir yarpağına bürünərdi.Görəsən onlarda deyirdi ki- "ay bu bahalı əncir ağacının yarpağıdır bu  "talkuçka"  ağacının əncir yarpağıdir?!''Əslində  nə qədər mənasızdır elə deyil mi.Əsas  odur geyim olsun.Sənə rahat və yaraşan.Vəssalam ....

  Amma Prestij meraklısı bizimkilərə bu yad bir fikirdir.Bizimkilər  150 manatlıq 25sm-lik  narahat dikdabanı geyər,'Əmma'  rahat 8 manatlıq talkuçkadan şəp-şüp geyməz.Uşaq deyilsən ki prestij sohbəti var qadası...

  Prestijin milli tərəzi ilə ölçülən digərlərindən biri isə təhsildir.Yəni təhsildə prestij.Ali məktəbə sənəd verən oğlum vəya qızım özəldə olsa diplomu keçməsə də institut oxumalıdır.Ay kişi belə evimi sataram borca girərəm "əmma" o diplom uşağımın olar.Uşaq deyilsən ki Prestij söhbəti var qadası......

  Ay mənim Prestij xəstəsi atalarım  analarım  əmilərim  bibilərim dayılarım xalalarım!Əsas Universitet bitirmək deyil Canlarım mənim.Əgər sənin  bacarığın yoxdursa ha 10 dənə uni bitir nə xeyri... ))

  Mən adi 1 kollec tələbəsiyəm.Prestij xəstəsi deyiləm və olmamışamda.Mənə lazım deyil valideynlərim borca=xərcə girsin məni uni-ye salsın.Əgər azca da olsun fərasətin varsa sən kollec bitirsən də bu həyatda özün üçün  1yol cığır aça bilərsən.

 Ey mənim Prestijsevər xalqım,yəqin ki yazımı oxuyub "bu dəli nə deyir " deyəcəksiniz.İnanin mən dəli falan deyiləm.Sadəcə olaraq "Milli" tərəzinizin düzgün ölçmədiyini sizə demək istəyirdim.Bu qədər ...

P.S-Prestijsevərlərə məndən hədiyyə olsun bu mahnı =)

1 комментарий:

  1. (ړײ)AzE(ړײ) СимПамПулЯ(ړײ)27.11.2011, 02:11

    axaxaxaxaxaaxax yoo o vaxt baxali encir yarpagi sobeti gedmirdi dirdilerki bu yarpagi hardan getizdirmisen ? tarqovudan yoxsa buralardan axaxaxa yeri var senik ))))) senen raziyam ne disen duz disen ))) ele tema a4ilmiwken bidene de men diyim ))) dunen qonag gedmiwem onnarin bir ailevi dostari var gedib 10.000 manata tarqovudan ozune palto alib hansiki 10.000 manat dimirem 50 manat versin bir dest paltar alaram ))) camaaat aglin itiriree yavaw yavaw )))) yeri var men seni desteyliyirem ))

    ОтветитьУдалить