Subscribe:

Blogu Facebookda bəyən!

7 сент. 2011 г.

Cavabsız Suallar....



Cavabını hələ də tapa bilmədiyim suallar çoxdur.Mən cavab axtarışında ikən suallar artır.Və bu məni sonsuz suallarla dolu labirintə aparır.Bəzən bezirəm suallardan.Beynimin "Bezmişəm" əmri qarşısında yenə acizəm...

Amma cəmi sual həmişə məni narahat edir.Daha doğrusu çox düşündürür.Mən və mənim "Zati-Aliləri" beynim xarab kaset kimi eyni sualda ilişib qalır.


Səni intizarda qoymayacam əziz oxucu.Sual belədir:Niyə axı biz bir şeyi çox istəyirik,bəzən lap çox istəyirik ,bəzən lap-lap çox istəyirik...Amma əldə etdikdən sonra gözümüzdən işıq sürəti ilə düşür

Yəqin ki bu hal hamımızda baş verir.Qadın və ya kişi fərq etməz.Məsələn, hansısa mağazada nəsə görürük,həmin an ala bilmirik.Məyusluq...Hər gün və ya yolumuz düşəndə o mağazanın önündən keçəndə "ağzımızın suyu" axa-axa həsrətlə baxırıq.Ağlımızdan: "ah kaş mənim olaydi" "maaşımı alıb alacam mütləq" "gərək papadan pul qopardıb bunu alım ee" və s. fikirlər keçir...

Və böyük gün.Çoxdan sənin olmasını gözlədiyin "nəsə" artıq sənindir.Əlinə aldığın ilk 15 saniyə gözlərin gülür sevincindən uçursan yehuuu oleyyy uraaa...Bəs sonra ?!

Bəlkə də bu bir psixoloji haldır bəlkə də həyatın qanunudur bəlkə də insan yaranışdan belədir.Nə bilim.Bəlkələr ola bilərlər...

Amma hələ də tam tutarlı bir cavabım yoxdur bu suala.Sən bu yazımı oxudunsa bəlkə sənin ağlına bir cavab gəldi.Bu sualın cavabı mənə maraqlıdır.Br fikriniz varsa yazın cavabları gözləyəcəm.Xoş arzularla-Xanım =)

6 сент. 2011 г.

Üç Hərfdən İbarət-Bənzərsiz...


Uşaqlıqda ona bənzəmək istəmişəm.Onun kimi olmaq...Onun kimi yerimək...Onun kimi danışmaq...Onun kimi gülmək...Və ən əsası onun kimi Məğrur olmaq...

"Kimi çox istəyirsən"-Sualına Həmişə cavabım sən olmusan...

O məni tərifləsin saçlarımı sığallasın istəmişəm...Həmişə məktəb iclaslarıma o getsin istəmişəm.Onun bircə "Afərin qızım" sözü üçün çalışmışam...


Əlimdən tutub yol getdiyi zaman nədənsə həmişə fəxr etmişəm.Mənim qəhrəmanım Sən olmusan...

Bəzən özümü lənətləyirəm.Kaş oğlan olardım.Kaş sənin davamçın olardım...

Yadımdadır 16 yaşım.Şəxsiyyət vəsiqəsinə imza çəkəndə...Sən bilmirsən amma mən o imzanı belə sənin imzana bənzədirdim...

İndi görürəm ki imzalarımız çox bənzəyir,Ata..Mən həmişə sənə bənzəməyə can atacam...

Amma bir həqiqət var.-Sən Bənzərsizsən.... Qızın-Xanım =)

4 сент. 2011 г.

Şıltaq Ruh =)


Kənardan baxanda soyuqqanlıyam..Bunu bilirəm.Hətta:"Aydaa necə özündən razı qızdır."deyənlərdə olur.Eşitməzlikdən gəlirəm =)
Sən nə bilə-bilərsən ki mən necəyəm?!Axı insanları tanımaq olmur...Hər bir insan individualdır.Səni və ya bir qeyrisini deyə bilmərəm amma mən qeyri-adiyəm =))

Əslində mən əsarət altındayam.Şıltaq ruhumun əsarəti...Amma bu əsarət mənə xoşdur.Çünki sənin çəkindiyini mən edə bilərəm =)

Əgər xoşbəxtəmsə sevincimdən qışqıra bilərəm.Xoşbəxt anlarımda gözlərimin içinin gülməsini hiss edirəm =)

Ən pessimist anlarımda nə dost nə tanış heç nə amma heç nə mənə kömək etmir.Yeganə köməyim şıltaq ruhumdur =)

Hiss edirəm ki o məni xoşbəxt edir...Yağışın altında saatlarla çətirsiz qala bilərəm.Ayaqlarımı şappıldadaraq yağışda qaça bilərəm.Səbəbsiz sevinə bilərəm.Üşüyən bədənimə yaş paltarımın toxunuşu,saçlarımdan axan yağış damcılarının yanağımda rəqsi....

Bütün bunlar məni xoşbəxt edir.Küçədə "klass-klass" oynayan uşaqları görəndə məndə onlara qoşulub oynaya bilərəm.Heç nədən və heç kimdən çəkinmədən =)Şəhərdə gəzərkən diqqət cəlb etmək üçün "gürcücə" danışa bilərəm.Şıltaq ruhumun mənə yaratdığı avantajlardır bunlar...

Bəlkə də yazdıqlarımı oxuyub düşünəcəksən ki ya bu qızda ağıl inkişaf etməyib ya da bu qız dəlidir=) Dəli falan deyiləm.Sadəcə şıltaq ruhumun əsarətindəyəm.Amma mən yenə də Xoşbəxtəm =)

P.S-Bir gülüşdə kifayətdir xoşbəxt olmaq üçün.Gülümsə =)