Subscribe:

Blogu Facebookda bəyən!

15 окт. 2011 г.

Sehirli toz....




Gün ərzində pərvanənin işıq ətrafında fırlanması misalı beynimdə fırlanan mövzular var.Gözlər "yol çəkir" fikirlər bir-birini əvəz edir....

Uşaq vaxtı nənəmin danışdığı nağıllarla indiki xəyallarım arasında heç bir fərq yoxdur.Əksinə mən hələ də əlində sehirli çubuğu olan pərini gözləyirəm....=)

Bəzən baxıram amma görmürəm.Görmək üçün cəhd də etmirəm.Çünki ağ-qara fonlar bir-birini əvəz etməkdədir.Son zamanlar tanımadığım insanlar həyat adlanan filmdə epizodik roldan ibarət deyil.Gözlərə baxıram.Nəsə axtarıram.Özümü axtarıram.

Dərinliyə varmaq istəyirəm.Qaranlıq bir tuneldə uzaqdan görünən işıq şəfəqi kimi.....

12 окт. 2011 г.

O an...


Bəzən səbəbsiz o qədər hərəkət edirik ki.Səbəbsiz deyilən sözlər edilən jestlər.Edirik amma bilmirik niyə.

Bəlkə də bu bizim içimizdən gəlir.Sevgiyə dırnaqarası baxan biriyəm bəlkə də elə buna görə Mənəm!Bəzən suallar verirlər.Bəs sevgi sənin üçün nədir.Anana-atana dostlara yaxınlara hiss etdiklərin nədir?! Cavabım.........


Bəzən elə bir an olur ki baxırsan və içində bir hiss yaranır.Dodaqlarında xəfif gülüş...Qucaqlamaq hissi keçir içindən.Boynuna sarılanda özündən asılı olmadan gözlər yaşarır....

Bu hissə nə ad verim bilmirəm.Sevgi bəlkə də budur bəlkə də bu deyil.Bilmirəm...

Soyuqam qışqıraraq səni sevirəm deyə bilmərəm.Demərəmdə.Bilmirəm niyə.Hisslər qarışıqdır.Anlamıram.Təkcə onu bilirəm ki dodaqlarımda gülüş yaradan insanlara bağlıyam.Məni tamamlayan puzzle-nin parçalarıdır onlar

10 окт. 2011 г.

XaNiCa-nın Dünyası ^_^








O xəyal dünyasında yaşayır.
Öz dünyası və XaNiCa
Başqa heç kimə yer yox orda
Parlayan gözləri hər açılıb yumulduqda
Yeni xəyal qurulur öz dünyasında


Ən sevdiyi ölkə İtaliya.Bəzən xəyallarında gəzişir Neapolda...Kolizeyin rəsmin çəkir.Gülür sevinir Romada ayaqların qaçır Venesiyada sulardan öz əksinə baxır...Və gözlərini açdıqda o yenə də Bakıda yenə də boz şəhərdə...

Məyus olardı...Amma bu məyusluq onun xəyallarına təsir etməzdi.Yenə qurulardı xəyallar.Və budur XaNiCa artıq Maldiv adalarındadır.Günəşdən həzz alır.Dənizi seyr edərək limonatdan qurtumlayır.Gülür yenə gözləri.Bu xəyal daha xoşdur.Amma gözlər açıldıqda Bakı yenə boşdur..

O yenə məyus olmur.Yenə xəyal qurur.Bu dəfə o tanınmış biridir.Hamı onu alqışlayır.XaNiCa ətrafa gülücüklər saçır.Fotograflar çəkir onun rəsimlərini.O bu dəqiqə Merlin Monrodan da şarmlıdır.Budur yenə gözlər açılır və o yenə də Bakıdadır...

Xəyallarla yaşayır o.Qaçır reallıqdan.Qaçır arxasına baxmadan qaçır.O təkdir bu həyatda.Vəhdətdədir xəyallarla....

İndi o itirdiyi yaxını ilə söhbət edir xəyallarda.Oxşayır nənəsi saçlarını.Gülür XaNiCa.Sevinir XaNiCa.Uzun ayrılıqda sonra onlar yenə bir yerdədir.Danışır onu narahat edənləri danışır.Bəzən gülür bəzən ağlayır... Vəı budur otaqda heç kim yoxdur və o yenə tənhadır...

Bu ki onun ən sevdiyi filmdir.İndi o filmin baş qəhrəmanıdır.Bütün gözlər final səhnəsindədir.XaNiCa sözünü deyəcək və qaçacaq.Hamı onu alqışlayacaq.Baş rolda oynayan oğlan onun arxasıyca baxacaq.Lakin XaNiCa arxasına baxmadan qaçacaq qaçacaq....Və budur film bitdi.Oyan XaNiCa oyan bitdi film...

Rəsimlərdə yenə smayliklər çəkəcək.Bəzən smayliklərlə danışacaq.Qaçacaq XaNiCa sonuna qədər qaçacaq.Xəyallarına qaçacaq...Orda onu gözləyən dostlar var.Orda onun dünyası var.Öz dünyası var.Orda əsl XaNiCa var....