Subscribe:

Blogu Facebookda bəyən!

13 нояб. 2011 г.

Ölü xərci =)))


  Vallah indiki zəmanədə adamın heç ölməyə də üzü gəlmir qadası.Yaşlılar nəsə söz düşəndə deyir qırağda 3-5 qəpik qoymaq lazımdır öləndə dalınca danışmasınlar.Deyirlər pul hər şeyi həll etmir.Bunu kim deyibsə ÇOX BÖYÜK QƏLƏT ELƏYİB.İndiki zəmanədə pulun varsa sən varsan.Pulun yoxdusa quru salamı da verən çətin tapıla.Həə  mövzudan kənarlaşdım  nəysə =))
    Uşaq doğulanda tibb bacısı gələcək atanın qabağına qaçıb deyir ki "muştuluqumu ver ata olmusan" elə PUL HƏR ŞEYİ HƏLL EDİR"in kökü burdan başlayır.Xəstəxanadan çıxana qədər toyda şabaş paylamaq məsəli pullar gedir eeeee.Və daha sonralar  bu prosses  surətli bir şəkildə davam edir ....
    Elə vallah doğulamaqla ölmək arasında elə bir fərq yoxdur.Doğulanda da pul öləndə də pul.Bir sözlə PUL PUL PUL.Öləndə molla pulu ,palatka pulu , canım sizə desin 3, 7 ,40 daha sonra il, ildən sonra baş daşı."Ə sənə bu lazım idi öldün getdin saldın xərcə?!"
  Bax belə...Ölən qalır bir yana camaat şotkanı qoyub qabağına pul hesabı eliyir ki yası yola versin.Kim məni qınayır qınasın amma indiki mollalar yaman atanşik olub.Bir duanı 5 dəfə oxuyur pulu qətdiyib qoyur cibinə.

 Hə qadası valla yaşamaq çətindir deyirik.Amma işdir ölmək istəsən əvvəlcədən pulunu hazırla qoy bir qırağa.Qohum-əqrəbanı artıq xərcə salma =)))))
 

 

1 комментарий:

  1. (ړײ)AzE(ړײ) СимПамПулЯ(ړײ)27.11.2011, 01:32

    Onu duz disenki bu dunyada her weyi pul hell eliyir pulun oldu vse he4 bir derdun olmucey . Ama ki pulun olmasa vseda problemnen 4ox problemun olcey karo4i bu bir qiraga disenki insan olende qohumlarini xerce salir ama oda duz dor axi indiki zamanda insanin olmeyi qohumlarina xeyir getirir palatka qurur pul yazdirir 3 7 40 ke4irdir pul yazdirir bunnarnan her weyin pulun 4ixardir hemde gedir ozune mawin zad alir surur olense olur gedir ;) neyse men uzaddim )) karo4 zordu senik ;)

    ОтветитьУдалить