Subscribe:

Blogu Facebookda bəyən!

20 авг. 2011 г.

Gələcək zamanda olan "qanacağımız"



Mən yenə gəldim.Beynimi dincəlməyə qoymayan və "yaz yaz"əmri verən mövzulardan biri ilə...
"Əşşi uşaqdır qanmır", "Qanacağı yoxdur", "BərəkkALLAH qanacağına".Yəqin ki az-çox bu sözü sizdə kimlərdənsə eşitməmiş olmazsınız.Aha düz tapdın =) Mən bu gün "qanacaq"dan yazacam.Nədir bu qanacaq? hardan gəlib? kim gətirib? niyə gəlib? nə üçün gəlib? kim çağırıb? Kimgilə gəlib?
Qanacaq-bu sözü çox eşidirik.Çox insanlar əmilər bibilər xalalar dayılar əsasəndə nənələr babalar bu sözü tez-tez işlədir.Bəzən şahidi oluram nənə və baba nəvələri nəsə səhv edəndə o dəqiqə deyir-"ay bala hələ cavandır qanmır." Bəs ay nənə bu uşaq dediyin 20 yaşlı "gədə" bu vaxta kimi qanmayıbsa bəs nə vaxtsa qanacağına zəmanət verə bilərsən? Mən sizin yerinizə cavab verim-Əlbəttə ki yox!Ona görə ay nənə boş yerə nəvəni "zaşişat" eləmə.=)
O gün bulvarda idim.Bir xala diqqətimi cəlb etdi.Əslində xalaya yox onun görməmiş kimi çırtlayıb yerə tökdüyü "semiçka"nın qabıqları diqqətimi cəlb etdi desəm daha doğru olar.Özüm-özümə 1 anlıq düşündüm-küçədə çox yerə "bura zibil tökənin ölüsünə nəhlət kimi" kimi yazılar görürük.Hətta böyük hərflərlə və qırmızı boya ilə yazırlar ki baxmaqla kifayətlənməyib eyni zamanda yaxşı-yaxşı görə bilək.Görəsən bu xala bu yazıları görməyib mi? Və ya 2-ci bir fərziyyəm,görübdə qanmayıb mı???
Şübhəsiz yəqin ki əziz nənələr babalar əmilər bibilər dayılar xalalar siz bu yazını oxusanız deyəcəksiniz ki "ay bala qınama qanacaq bir gün o xala da qanacaq"Amma ey məni bu fikrimə görə qınayan nənələr babalar əmilər xalalar dayılar bibilər indi mən sizə bir SuaL verim- Bir millətin ki "qanacaq" sözü gələcək zamandadır görəsən bu millət nə vaxt qanacaq?!
Cavabınızı facebook və twitter hesabıma yaza bilərsiniz...Hörmətlə-Xanım Yadigar=)

19 авг. 2011 г.

Balaca Bakının Böyük Ürəyi...



Salam səni blogumda görməyimə şadam.Bu gün Bakımdan yazacam.Daha doğrusu Bakımızdan...
Nəyə görə Bakım dedim.Çünki Bakı dediyim zaman bir anda uşaqlığım reklam çarxı kimi canlanır gözümdə...
Kimin üçünsə Bakı sadəcə olaraq adi bir şəhər.Hansısa iş və ya gəzinti üçün gəldikləri.Amma Bakı dedikdə ədənsə gözümün önündə evdən bir ovuc konfetlə həyətə qaçan 5 yaşlı uşaq canlanır.Həyətə düşən kimi konfetləri digər uşaqlarla paylaşan balaca.Özü balaca olsa da,ürəyi geniş olan uşaq...Bu sənsən Bakı.Balaca amma böyük ürəyə malik şəhərim.Mənim Bakım ...
Uşaqlığımı xatırlayıram.Keçmişdə fontanlar dediyim indiki H.Əliyev parkı,İçəri şəhər,Qız qalası,Faytonlar,Pambıq satan əmilər,Nərd oynayan babalar və s.Burnumda hələ də Xəzərin neft qoxusu.Uşaqlıq xatirəm...Tranvay yolları,troleybuslar.Hətta "nöyüt var nöyüt mebel yağı" qışqıran nöyüt satanlar..
Balaca Bakı dəyərin böyük.Qeyri-adisən gözümdə.Əsrarəngizsən..Sən yeganəmsən Bakı.Mirvari qaşlı üzüksən nişan barmağımda.Sən mənsən Bakı.Mənim balacam =)
Rəhmətlik nənəmi xatırladım Bakıdan yazarkən.Bu sözləri hələ də qulağımdadır -"Xanım gəl çay içginən,armududa süzdüm ki tez soyusun,limon salım?Günortaya düşbərə bişirciyəm.Ürəgün başqa nə istəyirsən balası?"

18 авг. 2011 г.

21 qramlıq Ürəyim....


Soyuq dekabr...Qar narın-narın yağır.Küçədə sevinclə qaçışan uşaqlar necə də şəndirlər.Hava soyuq amma onlar körpə nəfəsləri qəlbimi qızdırır =)Pəncərədən onlara baxıram.Yerə uzanıb mələk forması yaradırlar ağızlarını açıb qar dənəciklərini udurlar.Soyuq qar onların isti nəfəs ilə qovuşduqda körpə simalarında yaranan gülücüklərə baxmaqdan doymuram...
Soyuq dekabr.Bəyaq uşaqlar oynayan küçə ilə indi mən addımlayıram.Sanki havanın soyuqu mənim canıma hopub.Qalın geyinmişəm amma yenə də üşüyürəm.Hiss edirəm ki ruhum üşüyür....
Uşaqlıqda ən sevdiyim fəsil indi mənim üçün iliyimə işləyən soyuqdan başqa bir şey deyil.Küçədə gəzən oynayan uşaqlara baxıram.Onlar necə də xoşbəxtdirlər.Qardan adam düzəldirlər.Bir zamanlar məndə qışı belə sevirdim.Amma indi qış mənim üçün soyuq deyil.Çünki qışdanda soyuq insanlar var imiş.O insanları gördükcə anladım ki insanı insan edən isti ürəyi imiş.Nəyə lazım buzdan insan?! Hissiz duyğusuz biz kimik? Nəyə gərəyik?
Alimlərin dediyinə görə ürək 21 qramdır.Amma bəzən mənə elə gəlir ki sinəmdən "meşok" asılıb.Və bu "meşok" bəzən o qədər ağır olur ki zorla nəfəs alıram......

Özün üçün yaşa.Kim nə çərənləyir çərənləsin =)

Hər səhər oyanmaq pəncərənin qarşısına keçmək və təmiz havanı ciyərlərinə çəkib gözlərini açmaq....Heç nı düşünmədən kimi isə vecinə almadan yaşamaq..
Əgər sən küçədə gedərkən qulaqcıqda mahnı dinləyib rəqs etmək istəyirsənsə heç kimi və heç kimi düşünmədən bunu et.=)Daşlaşmış insanların çəkdiyi bütün sərhədləri qır!Kiminsə arxanca nə deyəcəyini belə düşünmə..Təbii ol özün üçün yaşa ! =)
Bütün həyatını " ay nə bilim filankəs nə deyər bunu eləsəm bəsmənkəs nə fikirləşər " bu axmaq fikirləri cleaning et memory-indən xD

Bu həyatı yaşamaq sənə yalnız bircə dəfə verilir.Çalış onu doyunca sevə-sevə yaşa....

P.S-indi isə gülümsə görüm =)

17 авг. 2011 г.

"Milli" tərəzi

  Bir neçə vaxtdır  bu blog yazım barədə düşünürəm.Axır ki beynimin "artıq hazırsan " əmrindən sonra yazmaq qərarına gəldim."Nədən yazacam? nə ilə bağlı yazacam?"yəqin ki bbu sənə maraqlə olar əziz oxucum.=)
  
  Yəqin ki kartof xiyar və tərəzidən yazmayacam.Buna tam əmin ola bilərsən =)Mən bu gün  el arasında "Prestij" adlanan məsələ ilə bağlı yazacam.Çəx maraqlı gəlir mənə insanların bu "prestij" merakı.Öz aralarında danışanda geyimdən tutmuş təhsilə kimi "Prestij".....

   Gəl elə ən sadəsindən-geyimdən.Geyim-Lüt qalmayaq deyə əynimizə geyindiyimiz paltardır.Ta qədim zamanlarda  "cahamat" )) əncir yarpağına bürünərdi.Görəsən onlarda deyirdi ki- "ay bu bahalı əncir ağacının yarpağıdır bu  "talkuçka"  ağacının əncir yarpağıdir?!''Əslində  nə qədər mənasızdır elə deyil mi.Əsas  odur geyim olsun.Sənə rahat və yaraşan.Vəssalam ....

  Amma Prestij meraklısı bizimkilərə bu yad bir fikirdir.Bizimkilər  150 manatlıq 25sm-lik  narahat dikdabanı geyər,'Əmma'  rahat 8 manatlıq talkuçkadan şəp-şüp geyməz.Uşaq deyilsən ki prestij sohbəti var qadası...

  Prestijin milli tərəzi ilə ölçülən digərlərindən biri isə təhsildir.Yəni təhsildə prestij.Ali məktəbə sənəd verən oğlum vəya qızım özəldə olsa diplomu keçməsə də institut oxumalıdır.Ay kişi belə evimi sataram borca girərəm "əmma" o diplom uşağımın olar.Uşaq deyilsən ki Prestij söhbəti var qadası......

  Ay mənim Prestij xəstəsi atalarım  analarım  əmilərim  bibilərim dayılarım xalalarım!Əsas Universitet bitirmək deyil Canlarım mənim.Əgər sənin  bacarığın yoxdursa ha 10 dənə uni bitir nə xeyri... ))

  Mən adi 1 kollec tələbəsiyəm.Prestij xəstəsi deyiləm və olmamışamda.Mənə lazım deyil valideynlərim borca=xərcə girsin məni uni-ye salsın.Əgər azca da olsun fərasətin varsa sən kollec bitirsən də bu həyatda özün üçün  1yol cığır aça bilərsən.

 Ey mənim Prestijsevər xalqım,yəqin ki yazımı oxuyub "bu dəli nə deyir " deyəcəksiniz.İnanin mən dəli falan deyiləm.Sadəcə olaraq "Milli" tərəzinizin düzgün ölçmədiyini sizə demək istəyirdim.Bu qədər ...

P.S-Prestijsevərlərə məndən hədiyyə olsun bu mahnı =)

BirCə QanaDlaR GəRəK =)

Blogumu yaradarkən ancaq düşündüklərimi yazmağı qərara almışdım.Elə indidə qərarımdan dönməmişəm.Ruh halımı düşündüklərimi bir az çətinlik çəksəm də Azərbaycan şriftləri ilə yazıram.Beynimin "yaz Xanica" əmrinin qarşısında acizəm...

Son zamanlar nədənsə optimistliyim üstümdədir.Bilmirəm niyə amma özümü xoşbəxt hiss edirəm.İçimdən ətrafımda olan insanları-yaxınlarımı-dostlarımı qucaqlayıb "sizi sevirəm"qışqırmaq kimi bir çılqın hiss var.Gülürəm...Küçədə tanımadığım insanları görəndə simalarına baxıb gülümsəyirəm.Bəlkə də mənə baxan " aydaaa kız kafayı yemiş " falan deyir.Ya da ki, "ə bu gic  niyə cahamata diş ağardır" deyir öz-özünə.Bəzilərinin belə düşünməsi normaldır.Çünki "çürük ruhlu gəzən ölülərin" cəmiyyətində bu heç də adi hal deyil.

İndi blogumu oxuyan insan (lar) sizi də sevirəm.Bilmirəm niyə amma bu sözü yazmaq içimdən gəldi....=)


P.S-bu mahnını çox xoşlayıram.Bu da məndən sizə hədiyyə olsun. =)

16 авг. 2011 г.

Qohumlar sosial şəbəkələrdə =)

Yəqin ki 21-ci əsrdə texnikanın inkişafından bəhrələnən bir nəsil olaraq çoxumuz sosial şəbəkələrdən istifadə edirik.Və əksəriyyətimizin dostluğunda loru dildə desək "friend"ndə,"drujba"sında qohum-əqrəba tanış-tunuş var.Bəzən hansısa uzaq qohumun üzündən keçməyib dostluğa qəbul edirsən."Əgübdür axı,toyda yasda durub diyərlər ki, ala nöş mənim drujbamı qəbul eləməmisən.?".

Qəbul edəndən sonra hər statusda,commentdə,keçiddə həmin qohumun adın görənlər təəccüblənməyin.Bu "qeyrətli" qohum-əqrəba sizə artıq nəzarət edir.Bəli bəli səhv eşitmədiniz-Nəzarət! Əgər "sizi təqib edənlər" proqramından  istifadə etsəniz görərsiniz ki ən çox profilinizdə "gəzişənlər" qohumlarınızdır.Əsasəndə sosial şəbəkələrdən istifadə edən qızlarda bu hal daha çox baş verir.Ay nə bilim atanın əmi uşaqları ananın bibisi nəvələri hamısının dırnaq arası "nəzarəti"......

O gün bir söhbətə türklər demiş- "kulak misafiri oldum" .Qohumumuzun biri digərinə belə deyirdi: "Ay Gulya o gun oglum girif bu facedir ne zibildir ora.O Elikramin  qizi var ee Ayan.Hə bax o şəkillərin qoyuf netə cahamaatın gədələri də baxır buna."  O biri qohumun cavabı- " vaxseyyy ağez külüm olsun onun anasının təpəsinə.Vay vay vay tay bu qızı alan zad olmaz.Adın batırdı.Biyavırçilixdi"...

Bax bu da bizim qeyrətimizin  security'si olan qohumlarımız  =) Şərhi sizlərə buraxıram
P.S-Bəlkə bu yazıdan sonra qohumlarım silər məni dost siyahısından  :D

Balacanın Nağılı.....

İnsanlar doğularkən onlara valideynləri ad qoyur.Bəzən biz bu adları qısaldıb , kimə isə Aygün yerinə Ayka deyirik.Və ya Günay yerinə Günka.Bu daha şirin səslənir.Bəzən kilolu birinə toppuş deyirik.Bu sözləri deyən zaman gülüş oynayır dodaqlarımızda nədənsə ......

Mənim blogumun qəhrəmanı olan balacanında bir nağılı var.Ona da bir zamanlar əzizləmə mənasında  "Balaca" deyərdilər.Yox yox o boyca balaca deyildi.Sadəcə ona bu adı qoymuşdular.Ona balaca adı qoyulanda bunu  heç xoşlamamışdı.Hətta içində bir etiraz hissi baş qaldırmışdı.Hər dəfə ona  "ey balaca" deyəndə qaşları çatılar,büzülmüş küskün dodaqları "mən balaca deyiləm" pıçıldardı....

İllər ötdü.Artıq bizim bu "balaca"nın həyatı çox dəyişdi.İndi ona "balaca" deyə müraciət edən yoxdur.Amma bilirsiz o balaca indi "ey balaca" sözü üçüçn çox darıxır.Daha doğrusu o sözü ona deyən üçün....

Qəm yemə balaca həyat belədir.Həyat bizi böyüməyə vadar edir.Biz "balaca" qalmaq istəsək də..

15 авг. 2011 г.

Əvvəla Salam...Bilmirəm niyə amma bu blogu yazmaq qərarına gəldim.Beynimin mənə "yaz" əmrinin qarşısında aciz qaldım.Bəli düz oxudun daha məndə yazacam.Bəlkə də oxuyub ağız büzəcəksən.Bəlkə də oxuyan zaman gülümsəyəcəksən. :) Çalışacam kimisə yıxıb-sürüməyim,düşündüklərimi müşahidə etdiklərimi paylaşacam sizinlə...
Bir daha bloqumda səni görməyimə şad oldum.Bundan sonra tez-tez görüşəcəyik =)