Subscribe:

Blogu Facebookda bəyən!

28 сент. 2011 г.

Yaşayan "ölülər"



Barmaqlarımla qələmi hiss etdiyim an anladım ki yazmalıyam.Deyə bilmədiklərimi vərəqə köçürməliyəm.İlk toxunuşdan doğmalaşan barmaqlarımla bəzən mürəkkəbi bitən qələmim döyünən ürəyim durmadan düşünən beynim və çılğın ruhum....

Ağ vərəqdə durmadan hərəkət edən qələmin ucu çatılmış qaşlar və bir-birini əvəz edən cümlələr....

Mən kiməm? Əgər düşündüklərimi qorxmadan söyləyə bilmirəmsə nəyə lazım dil?! Kaş lal olaydıq.İndiki vəziyyətimizdə laldan fərqlənmirik...

Mən kiməm? Əgər eşitdiklərimə biganə qalıb bu yaşımda da nağıl dinləyirəmsə...Nəyə lazım qulaqlar?! Kaş kar olaydıq.İndiki vəziyyətimizdə kardan fərqlənmirik...

Mən kiməm? Əgər haqsızlığa göz yumuramsa nəyə lazım gözlər?! Kaş kor olaydıq.Heç kordan da fərqlənmirik...

Amma burda bir "əmma" var.Kor həyatı boyu 1 dəfə də olsun işığı görmək istəyir.Lal heç olmasa bircə kəlimə söyləmək istəyir.Kar heç olmasa bircə kəliməni eşitmək istəyir.

Bəs biz niyə korlaşıb karlaşıb lallaşırıq ??? Niyə lazım olan anda susuruq?Niyə görmək lazım olanlara göz yumuruq? Nyə hələ də qulaqlarımıza pambıq tıxayırıq?

Mənasızdır elə deyil mi ?!...Yazdıqca yaşayan "ölülər" olduğumuzu daha yaxşı anlayıram...