Subscribe:

Blogu Facebookda bəyən!

15 дек. 2011 г.

Mənə görə Sosial Məsuliyyət

Son zamanlar cəmiyyətdə o qədər bayağı cümlələr eşidirik ki.Və "sosial məsuliyyət" deyəndə bir anlıq dumanlandı beynim.Təxminən 1-2 dəqiqə sonra "sosial məsuliyyətin" nə demək olduğunu özüm üçün bir tərif formasında qurdum.Nədir mənim üçün "Sosial məsuliyyət" ?
 -Sosial məsuliyyət mənim cəmiyyət qarşısında borcumdur.Bu cəmiyyətin bir fərdi kimi mən,sən, o və qeyrisi boynumuza düşən "sosial məsuliyyəti" dərk etməliyik."Sosial məsuliyyət" insanlığa qayğının formasıdır.Ümumiyyətlə "məsuliyyət" sözünün olduğu hər bir layihə cəmiyyət üçün bir siqnaldır.İrəliyə addımlamaq üçün yaşıl işıqdır.Cəmiyyətin hər bir üzvünün eqoistliyi bir kənara qoyub "sosial məsuliyyətə" daha geniş aspektdə baxmağını istərdim.
 Mən "sosial məsuliyyətimi" bildim,bəs Sən ? =)

 Yazı ,Sosial Məsuliyyət və Mən 2 layihəsi çərçivəsində yazılmışdır

13 дек. 2011 г.

Etiraf edirəm ki...=))


Dumanlı fikirlər var gülüb qağayı boylanan.Yağışdan sonra çıxan günəşin torpağı qızdıran şüası kimi.Qəhqəhəli gülüşün əks-sədası.Balaca uşağın ilk qar sevinci.Baramasından çıxan Kəpənəyin ilk uçuşu.
"Var" ilə "Yox" arasında bir şey.İnsan böyüdükcə kiçilir.Kiçildikcə böyüklüyün fərqinə varır.Yaşlı bir ahılın gözlərindəki dərinlik kiçik bir körpənin məsum baxışları.Uzaqlaşdıqca yaxınlaşan doğmalaşan...
 Bu həftə bloqlarda etiraf həftəsidir.Ra Sim O pası mənə ötürdü.Növbə mənimdir.Məndə pası ötürürəm Parviz Azimova.Mən isə başladım etiraflara.Getdik...=)))
 1) Etiraf edim ki düşünmək istəmirəm.Mən kiməm? nəçiyəm? Hardan gəlmişəm? Niyə gəlmişəm? Kim gətirib ? Niyə gətirib ? Nə məqsədlə gəlmişəm? Nə işlə məşğulam və s.))))
 2)Etiraf edim ki riskləri dəhşət xoşlayıram."Olmaz" deyiləni edən biriyəm =))
3)Etiraf edim ki qırmaq istəyirəm zəncirləri.Qırıb qaçmaq istəyirəm.Azadlığıma sevincdən ağlamaq istəyirəm
4)Etiraf edim ki məndən nifrət edən insanları sevirəm.Vallah sevirəm =)).Çünki ən qüvvətli sevgilərin nifrətdən yaradığına inanıram.P.S-Mənə nifrət edin Cənablar ! =)
5)Etiraf edim ki özümə güvənim yüksəkdir və Feminist biriyəm =))
6) Etiraf edim ki Dalğaçı olduğuma görə özümü xoşbəxt hiss edirəm.Heç fəxri ad versələr belə sevinməzdim =))
7) Etiraf edim ki zəif insanların əzilməsi xoşuma gəlir.
8)Etiraf edim ki uşaq vaxtı dəhşət mız-mız olmuşam.Nazlı Xanım =)
9)Etiraf edim ki Fanatik dindarlardan qəti xoşum gəlmir.
10)Etiraf edim ki balaca olanda Mustafa Sandalı sevirdim.Hətta "onun arabası var" mahnısını eşidəndə tok vurmuş kimi olurdum =)))
  Məncə bu qədər etiraf bəsdir.=)))




5 дек. 2011 г.

OrdaN-BurdaN OLanLardaN

 Özümü qəribə hiss edəndə bilirəm ki nəsə olacaq.Hissiyyat hardasa öz sözünü deyir.Çalışıram maksimum dərəcədə heç kimə yaxşılıq etməyim.Bəli bəli düz oxudun məhz Yaxşılıq...Çünki kimləsə aramda soyuq küləklər əsəndə hansısa yaxşılığıma minnət qoymayım.Və kimsə mənə yaxşılıq edəndə də buna maksimum dərəcədə soyuq yanaşıram.Qorxduğum başıma gəlir amma.İnsan özü nəyə isə sahib olanda daha şirin olur.Söz-söhbətdən qaçan insanları ağıllı hesab edirəm.ZƏİF-sözünün altında gizlənən gücü görməyənlər duymayanlar və hələ də bixəbər olanlar var.Nəyəsə xatir kiməsə  xatir susan üzüyola insanlar...
 Biz yaradılışdan elə bir varlığıq ki hörməti-dostluğu-səmimiyyəti 1 dəfəyə vururuq yerə.Adam hərdən heyvan  olmaq istəyir.Zarafatsız.Nə bilim hərdən ağac böcək çiçək falan olmaq hissi də keçir könüldən =) Heç olmasa "Minnət-hörmət-əziyyət-məsuliyyət-dava-dalaş-mübahisə-hadisə" kimi ifadələrdən uzaq.
  Ən yaxşısı ağac olmaqdır.Oksigen çatışmazlığını nəzərə alıb Bakıya biraz təmiz hava.Ya da Hacıbəla kəsər mebel olarsan evi bəzəyərsən ya Odun olarsan evi qızdırarsan.Əşşi lap ağac olarsan kəsərlər
 Dəftər vərəq düzəldərlər üstünə də uşaqlar şüarlar yazar aksiyaya çıxar.BOOM BOOM !!! Partlayışşş YEAH!!! Lap ssenari yazdım=))).Nə olur olsun hamınızı Sevirəm!

30 нояб. 2011 г.

Kölgə ilə pıçıltı

Deyəsən bu gecə qış çox tez gəlib
Qoy bu soyuq külək dəyməsin sənə
 Bağla pencərəni qovla küləyi
 Qalın gey nigaran qoyma gözləri
Yanında deyilsəm qınama məni
Qızdırar sözlərim soyuq qəlbini

Deyəsən bu gecə qış çox tez gəlib
   Tökülür üzünə qar dənələri
  Qıyılır gülərkən kiçik gözləri
  Yandır o sobanı qızdır otağı
Deyərsən :"sənə nə düşünmə məni"  
  Bağışla nə edim alışıb dilim
Nə deyim silinmir sənli günlərim

Deyəsən bu gecə qış çox tez gəlib
    Xatirələr səni pıçıldar mənə
  Qapadım gözləri unudum deyə
  Canlandı xəyalın güldü kölgəmə







 
 
  

27 нояб. 2011 г.

Klaviş arxasında "Qəhrəman" xalqım =)

 Son zamanlar sosial şəbəkələrdə çox vaxt keçirirəm.Və görürəm ki həmyerlilərim yaman qəhrəmanlıq edir.Deyəsən hind filmlərinə çox baxırlar.Özlərini baş rol aktyoru hiss edirlər. Bircə bunu hələ də qanmıram ki sosial şəbəkədə ermənini öz dilində söyməklə alacaqlar Qarabağı?! "Ala rus fars erməni bunlar türkün düşməni" deməklə asacaqsınız Təbrizdən bayrağı?!
 Düşüncələr nə zaman  bu qədər cılızlaşdı? Və ya 2-ci sualım : Nə zaman klaviş arxasında qəhrəman olmaq eşqinə düşdük?...
 Diqqətimdən yayınmayan daha bir məsələ isə gündə Facebookda vətənşüvən page-lərin açılmasıdır."Ermənisən? ölməlisən!" "harda gördün erməni vur başına vedrəni" "ermənilərə nifrət edən 100.00.000 insan axtarılır" və.s bu adlarda şüvənliklə məşğul olan səhifələr...=)
  Üzümü tuturam acından günorta durub gündə "qlazok" yeyən (hərçənd yumurtada bahalaşıb amma nəysə) əl-üzünü yumadan klaviş arxasına oturub erməniləri söyüb fərəhlənən Xalqımın qəhrəmanlarına! Ən yaxşısı gedin bir iş tapın pul qazanın.Ay sizə qurban heç olmasa bir ingilis dili kursuna gedin söyüşləriniz international olsun xaricilərdə başa düşsün =)))) Zarafat edirəm ciddiyə almayın lan ))))Siz o "lazımın" canı belə axmaq işlərlə məşğul olmayın.O ki qaldı Qarabağa "lazım gələndə" hamınıza bir-bir zəng vurarıq gəlib söyərsiz ermənilər.OK?=))

24 нояб. 2011 г.

Cizgili-"Cizgisiz" Filmlər


 Uşaqlığımı çox tez-tez xatırlayıram .Ən çox xatirimdə qalan isə sözsüz ki cizgi filmləridir.Mənim uşaq vaxtı xəyal dünyam var idi.Orada müxtəlif cizgi qəhramanlarım olardı.Özümü şəhzadə təsəvvür edərdim.Xoş arzulardan yaxşıların qalibiyyətində  gözəl günlərdən bəhs edən cizgi filmlərim...Bu idi mənim uşaqlığım.
  Amma indi.İndi nə var?Televizora baxıb nə görür uşaqlar?İndiki uşaqlara baxdıqca həqiqətən canım yanır.Zombilər robotlar dava bdşş-dşş...Bir sözlə uşaq psixologiyasına təsir edən "cizgisiz" filmlər.İndiki uşaqların xəyal dünyası var mı görəsən?!...
  Gəlin gələcəyimiz olan uşaqlarda şiddət doğuran "cizgisiz" filmlərə YoX deyək.Telekanalizasiyanın kiçik körpələrin beynini yumasına imkan verməyək.!!!








23 нояб. 2011 г.

Sən-Gözəl..

 Saçları üzünə tökülən gözəl
Yenə baxışların uzaqlardadır
 Bilməm fikirlərin haralardadır
 Uçuşur xəyalın boz küçələrdə
 Xəzəl yarpaqları tökülür yenə
 Pozur səssizliyi kiçik sərçələr
 Bəlkə dərdini  bir onlar anlar...

 Gözləri boşluğa zillənən gözəl
 Nədir gözlərini yasa qərq edən ?
 O gilas gözlərin niyə bu gecə
 Andırır dumanlı buludu mənə

Büzüb dodaqlarını tez küsən gözəl
Qəm yemə qayıdar qonaq qaranquş
Gülən gözlərinin seyrinə həsrət
Sərçələr qısqanar sevgisin sənə
Ürkəkcə boylanar sənin kölgənə...